Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-04-09 10:13:00
“Yüksəliş” müsabiqəsi təhsil nazirinin təqdimatında vebinar təşkil edib

Aprelin 8-də  “Yüksəliş” müsabiqəsinin İşçi qrupu tərəfindən növbəti vebinar keçirilib. Vebinarda təhsil naziri Emin Əmrullayev “XXI əsrin tələbi: təhsil və əmək bazarı” mövzusunda təqdimatla çıxış edib.

 

Emin Əmrullayev Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə yaradılan “Yüksəliş” müsabiqəsinin ölkəmizdə peşəkar kadr potensialının aşkara çıxarılması istiqamətində əhəmiyyətli təşəbbüs olduğunu qeyd edib. Nazir bildirib ki, müsabiqədən gözləntilər böyükdür, çünki peşəkar kadr məsələsi hər bir ölkə üçün prioritet istiqamətdir.

 

AzEdu.az xəbər verir ki, əmək bazarında gələcək inkişaf imkanlarınəzərə alınmasının vacibNazir kadr hazırlığının da bu strategiya üzərində qurulmasının əhəmiyyətini vurğulayıb.

 

Qeyd edək ki, vebinar müsabiqənin əyani mərhələsində iştirak edən namizədlər üçün nəzərdə tutulub və qapalı şəraitdə keçirilib.

 

“Yüksəliş” müsabiqəsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 26 iyul 2019-cu il tarixli Sərəncamı ilə intellektual səviyyəsi və idarəçilik keyfiyyətləri yüksək olan perspektivli rəhbər şəxslərin müəyyən edilməsini, dəstəklənməsini və ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin etmək məqsədilə təsis olunub.