Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-04-08 13:07:00
Şagirdin ibtidai təhsilini hansı məktəbdə alacağını bələdiyyə seçir – Fransa təhsil SİSTEMİ

 

Xüsusi  ilə  universitet  seçimində  dünya  gənclərinin  diqqət  mərkəzində  olan  Fransa  təhsil  sistemi  özünəməxsus  quruluşa  məxsusdur.

 

AzEdu.az  xarici  mətbuata  istinadən  keyfiyyəti  və  fərqlilikləri  ilə  dünyanın  diqqətini  çəkən  Fransa  təhsil  sistemini  təqdim  edir.

 

Məktəbəqədər  təhsil  - Ecole  Maternelle

 

Fransada  bu  təhsil  pilləsi  məcburi  hesab  edilmir  və  5  sinfə  bölünür

 

Fransada  uşaqların  məktəbəqədər  təhsili   alması   məcburi  deyil. Ancaq  işləyən  valideynlərin  vəziyyəti, övladlarının  ibtidai  təhsilə  daha  yaxşı, məlumatlı  şəkildə  başlaması  arzusu  və  bunun  kimi  bir  çox  səbəblə  ailələr  uşaqlar  üçün  məktəbəqədər  təhsili  vacib  hesab  edir. Fransada  Təhsil  Nazirliyinin  2012-ci  il  məlumatlarına  əsasən,  3-5  yaş  aralığında  olan  uşaqların  demək  olar  ki, hamısı  məktəbəqədər  təhsili  alır. Məktəbəqədər  təhsil  proqramının  məqsədi uşaqların  dil  və  şəxsi  bacarıqlarını  inkişaf  etdirmə, sosiallaşma  bacarıqlarının  aşılanması, əlifba  ilə  tanışlıq  və  mühakimə  qabiliyyəti  qazandırmaq  və  s.  kimi  proseslərlə  uşaqları  ibtidai  təhsilə  hazırlamaqdır. Məktəbəqədər  sinifləri  yaş  qruplarına  görə  aşağıdakı  kimi  tənzimlənir:

 

  • TPS (Toute petite section): 0-2 yaş  aralığında  olan  uşaqları  əhatə  edir
  • PS (Petite Section) : 3 yaşlı uşaqların  sinfi
  • MS (Moyenne Section) : 4 yaşlı  uşaqların  sinfi
  • GS (Grande Section) : 5 yaşlı  uşaqların  sinfi

 

İbtidai  təhsil – Ecole Primaire (Elementaire)

 

Şagirdin  ibtidai  təhsili  hansı  məktəbdə  alacağını  bələdiyyə  seçir 

 

İbtidai  təhsil  məcburi  təhsilin  ilkin  mərhələsi  və  məktəbəqədər  təhsilin  davamıdır. Uşaqlar  üçün  ibtidai  təhsil  müəssisəsi  yaşaqdıqları  ünvana  uyğun  olaraq  bələdiyyə  tərəfindən  seçilir. Valideyn  övladı  müəyyən  səbəblərə  görə  başqa  bir  məktəbə  göndərmək  istəyərsə  bunun  üçün  bələdiyyəyə  “dérogation” adlanan tələb –icazə  məktubu  ilə  müraciət  etməlidir.

 

Bu  pillə  5  sinfə  bölünür

 

İbtidai  təhsil  5  sinfə  bölünür. Oxu, yazı, təməl  məlumatlar, xarici  dil  incəsənət, idman dərsləri, cəmiyyət  və  bərabər  yaşayış  qaydaları  dərsləri  5  il  boyunca  uşağı  ümumi-orta  təhsilə  hazırlayır. Bu  5  sinif  aşağıdakılardır:

 

  • CP (Cours Préparatoire): İbtidai  təhsilin  birinci  sinfidir  və  hazırlıq  sinfi  hesab 
  • CE1 (Classe Elémentaire 1): İbtidai  təhsilin  2-ci sinfidir.
  • CE2 (Classe Elémentaire 2): İbtidai təhsilin  3-cü 
  • CM1 (Cours Moyen 1): İbtidai təhsilin  4-cü 
  • CM2 (Cours Moyen 2): İbtidai təhsili  5-ci 

 

İbtidai  sinif  şagirdləri  üçün  bəzi  özəl  siniflər  də  mövcuddur.

 

CLİN (Classe d’ initiation  pour  non - francophones)  sinifləri  ölkəyə  gələn  və  fransızca  bilməyən  şagirdlər  üçün  öz  dərslərindən  əlavə  təşkil  siniflərdir.

 

CLİS (Classe pour l’inçlusion scolaire)  sinifləri  öyrənməkdə  çətinlik  çəkən, eşitmə, görmə, zehni  əlilliyi  olan  uşaqlar  üçün  xüsusi  olaraq  təşkil  edilir.

 

Ümumi-orta  təhsil (College)

 

Bu  təhsil  pilləsi  şagirdlərinin  həyatının  dönüş  nöqtəsi  hesab  edilir, onlar  gələcək  üçün  seçim  etməli  olurlar

 

Ümumi –orta  təhsil  müddəti  Fransada  4  il  davam  edir. Bu  mərhələdə  keçirilən  dərslərin  sayı  ibtidai  təhsildə  keçiriləndən  daha  çoxdur. Hər  dərsi  ayrı  müəllim  keçdiyi  üçün  şagirdlərin  məlumatları  daha  zəngin  olur.

 

Ümumi – orta  təhsil  pilləsinin  vacib  xüsusiyyətlərdindən  biri  də  şagirdlərin  həyatlarına, gələcəklərinə  təsir  edəcək  seçimlər  etməli  olduqları  bir  mərhələ  olmasıdır. Şagirdlər  ümumi-orta  təhsil  pilləsini  bitidikdən  təhsillərini  davam  etdirmək  üçün  iki  seçim  qarşısında  qalırlar: ya  peşə  təhsil  məktəbini  seçib  təhsilini  ixtisasyönümlü  davam  etdirmək, ya  da  tam  orta  təhsil  pilləsi  üzrə  təhsilə  davam  etmək.Bu  seçim  onların  həyatlarının  dönüm  nöqtəsi  hesab  edilir. Bu  pillədə  təhsil  alan  şagirdlər  üçün  də  özəl  siniflər  təşkil  edilir.

 

Başqa  ölkələrdən  Fransaya  gələn  ailələrin  övladları  üçün  xüsusi  şərait  yaradılır

 

Ailə  birləşməsi  yaxud  iş  səbəbi  ilə  Fransaya  gələn  uşaqların  fransızca  təhsillərinin  sürətləndirilməsi  və  onların  şəraitə  uyğunlaşması  üçün  yaradılan  siniflər  CLA (Classe d’accueil)  adlanır. Bu  siniflər  CASNAV   akademik  mərkəzi  tərəfindən  təşkil  edilir.

 

İbtidai  təhsildə  olduğu  kimi  ümumi-orta  təhsil  pilləsində  də  öyrənmə  çətinliyi, fiziki  və  zehni  əlilliyi  olan  uşaqlar  üçün  xüsusi  siniflər  təşkil  edilir.

 

Eyni  zamanda  sinif  çühitinə  uyğunlaşa  bilməyən, öyrənmə  çətinliyi  yaşayan  uşaqlar  üçün  də  ayrıca  siniflər  təşkil  edilir. Fərqi  isə  bu  siniflərdə  əngəlliyi  olan  uşaqların  olmamasıdır.

 

Tam  orta  təhsil (Lycee)

 

Ali  məktəblər və  digər  təhsil  pillələrinə  keçid  üçün  yuxarı  siniflər  müəyyən  sertifikatlar  almalıdır

 

Fransada  tam  orta  təhsil  pilləsinin  müddəti  3  sinfə  bölünür: Second – birinci, Première – ikinci, Terminal – son  sinifdir. Bu  təhsil  pilləsində  birinci  sinifdən  sonra  hər  şagird  universitet  imtahanında  hazırlaşmaq  istədiyi  ixtisas  qrupunu  seçir. Bu  qruplar  hesablama, elmi, ədəbi, iqtisadi  hissələrə  bölünür. Buna  uyğun  olaraq  universitetə  qəbul (Bac)  imtahanı  ilə  yanaşı  BEP, CAP  və  ya  BTS  kimi  sertifikatlar  ali  təhsil, təcrübə  müəssisəsi  və  ya  peşə  təhsili  müəssisəsinə  keçid  pilləsini  təşkil  edir. Bakalavriat  yaxud  qısaca  olaraq  Bac  qəbul  imtahanlarının  bəzi  mərhələləri  tam  orta  təhsil  pilləsinin  ikinci  yaxud  üçüncü  sinfində  keçilir.