Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-04-08 12:19:00
Azərbaycanlı tələbə 7 xarici universitetdən təqaüd QAZANIB

Tanınmış azərbaycanlı ixtiraçı, tələbə Reyhan Camalova dünyanın top universitetlərindən təqaüd qazanıb.

 

Buu haqda o, sosial media hesabında məlumat yayıb. R.Camalovanın təqaüd qazandığı universitetlərin siyasını təqdim edirik:

 

  • STANFORD Universiteti
  • PENNSYLVANİA Universiteti - Penn Dünya Təqaüdçüsü (Penn World Scholar)
  • DUKE Universiteti (Tam - illik 85,903 dollar təqaüdlə)
  • BROWN Universiteti (Tam - illik 85,574 dollar təqaüdlə)
  • AMHERST Kolleci (Tam - illik 84,168 dollar təqaüdlə)- Martın 5-də erkən qəbul (early write) alan 200 şəxsdən biri olub.
  • TORONTO Universiteti Viktoria Kolleci, Fiziki və Riyazi Elmlər (Physical and Mathematical Sciences)
  • TORONTO Universiteti Scarborough Filialı, Co-op Menecment (Co-op Management BBA)

 

 

Qeyd edək ki, Reyhan Camalovanın 2017-ci ildə  dostu ilə birgə hazırladığı yağışdan elektrik enerjisi əldə edən “Rainergy” layihəsi "Auditoriyanın Favorit Startapı" mükafatını qazanıb. Bundan sonra savadı və istedadı ilə məşhurlaşan azərbaycanlı 2018-ci ildə 15 yaşlı Reyhan Camalova "Rainergy" adlı layihəsi ilə “Forbes”  jurnalının 30 yaşdan aşağı 30 asiyalı siyahısına düşüb.

 

Modern.az