Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-04-08 11:55:00
Əvvəlki illərin məzunları bu tarixdə imtahan  verəcəklər - DİM  

 

Əvvəlki illərin məzunlarının ali məktəblərə qəbul imtahanının 1-ci mərhələsinin may ayı ərzində keçirilməsi nəzərdə tutulur.

 

AzEdu.az-ın məlumatına görə bu barədə Dövlət İmtahan Mərkəzi rəsmi feysbuq hesabında sualları cavablandırarkən bildirib:

 

 

SUAL: “Əvvəlki illərin məzunları XI sinif şagirdləri ilə eyni zamanda  buraxılış imtahanında iştirak etməlidir? Yoxsa hələ onlar üçün əlavə qeydiyyatdan keçməlidir”?

 

CAVAB: “Əvvəlki illərin məzunlarının ali məktəblərə qəbul imtahanının 1-ci mərhələsinin may ayı ərzində keçirilməsi nəzərdə tutulur. Qeydiyyat tarixləri müəyyən olunan kimi məlumat veriləcək”.