Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-04-08 10:42:00
Bu şərtlər əsas götürülməklə distant təhsilə keçildi

“Məktəblərdə əyani təhsilin dayandırılması qərarı elmi təhlillər, tədqiqatlar nəzərə alınmaqla verilib”.

 

AzEdu.az xəbər verir ki, bunu Təhsil naziri Emin Əmrullayev Azərbaycan televiziyasında yayımlanan “Hədəf” verlişində deyib.

 

Nazir məktəblərdə yoluxma hallarının artmasının gözlənildiyini qeyd edib:

 

“Yoluxmalar artdıqca valideynlər övladlarını məktəbə göndərmirdi. Bütün bunlarla yanaşı, ictimaiyyətin də fikirlərini öyrənmək məqsədilə sorğu təşkil etdik. Bu da birmənalı qarşılanmadı. Bir qisim valideyn övladını məktəbə göndərmək istəsə də, çoxluq distant təhsilə keçilməsinin tərəfdarı idi. Ona görə də qərarın vaxtında qəbul edildiyini düşünürəm”.

 

Növbəti həftələr ərzində əgər COVID-19-a yoluxma sayları aşağı düşərsə, Təhsil Nazirliyi əyani tədrisə qayıtmaq istəyəcək:

 

 “Həm müəllimlərin, həm də yaşlı valideynlərin sağlamlığını qorumağı da düşünməliyik. Bəzi insanlar qərardan narazı qala bilər. Biz daha çox balanslaşdırılmış qərar qəbul etməliyik. Regionlarda ayrı-ayrı məktəblərdə yoluxma faktları olanda distant təhsilə keçirilir. Hər gün distant təhsilə keçən məktəblər var”.

 

Şükufə Süleymanlı
Müəllifin digər yazıları