Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-04-08 10:12:00
  “Bu tarixdən ənənəvi tədrisə qayıda bilərik” – Emin Əmrullayev açıqladı

 

 

“Təhsilin bütün sahəsi üzrə 80-90 % müəllim və texniki heyət peyvənd olunacaqsa, bu şərtlə sentyabrın 15-də ənənəvi tədrisə qayıda bilərik”.

 

AzEdu.az xəbər verir ki, bunu Təhsil naziri Emin Əmrullayev  Azərbaycan televiziyasında yayımlanan “Hədəf” verilişində deyib.

 

O, vaksinasiya prosesinin  davam etdiyini vurğulayıb:

 

“Yaşı 50-dən yuxarı olan müəllim və texniki heyətin  Bakıda 54 %-i, Sumqayıtda 69 %-i, Abşeronda 60 %-i, digər bölgələrdə isə 50%-i koronavirus əleyhinə peyvənd vurdurub. Hər hansı məktəbin işçi heyətinin 85 %-dən çoxu vaksinasiya prosesindən keçibsə, həmin təhsil ocağını müəyyən mənada təhlükəsiz məktəb kimi qiymətləndirə bilərik. Əminəm ki, təhsilin bütün sahəsi üzrə 80-90 % müəllim və texniki heyət peyvənd olunacaqsa, bu şərtlə sentyabrın 15-də ənənəvi tədrisə qayıda bilərik. Əks halda sadəcə hansısa qapanma və dalğalarla pandemiya uzun müddət davam edəcək. Ona görə də ən effektiv üsul peyvəndləmədir”.

 

O, qeyd edib ki, son aylarda gündəlik yoluxanların təxminən 4-6 %-ni müəllimlər təşkil edib:

 

“Həmin faiz sırf məktəblərdə yoluxmalarla bağlı deyil. Müəllimin də ailələri var və ailədaxili yoluxmalar qeydə alınır. Şagird yoluxması da 6-8 % təşkil edib. Bəzi məktəblərdə müəllimlər arasında kütləvi yoluxma faktları çox az hallarda qeydə alınıb və həmin təhsil ocaqları da distant tədrisə keçib”.

 

Şükufə Süleymanlı
Müəllifin digər yazıları