Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-04-08 10:25:00
UNEC-də rəqəmsal marketinq sertifikat proqramı 24 mövzunu əhatə edir  

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) rəqəmsal marketinq sertifikat proqramı davam edir.

 

UNEC-dən AzEdu.az-a verilən məlumata görə,  proqrama qoşulanlar peşəkar səviyyəyədək rəqəmsal marketinqə aid müasir biliklərə sahib olacaq və sonda rəsmi təsdiqlənmiş sertifikat əldə edəcəklər.

 

Praktik proqram beynəlxalq təcrübə əsasında “Dinlə - Öyrən - Tətbiq et” metodu əsasında tərtib olunub. Təlimdən sonra iştirakçılara real icra prosesində mentorluq dəstəyi göstəriləcək. Proqramda rəqəmsal marketinqdə hədəfləmə, ölçmə, “Google Ads”, “Facebook” və “Instagram” reklamları, “Re-marketinq” texnikaları, “Google Analytics”, Axtarış Sistemləri Optimizasiyasının (SEO Search Engine Optimization) təməl bilgilərinin əks olunduğu 24-dən çox mövzu əhatə olunub. Onlayn təlim rəqəmsal marketinq üzrə “Facebook” və “Google” tərəfindən rəsmi akkreditasiya olmuş mütəxəssis Ramil Cabbarov tərəfindən aparılır.

 

Təlimlər mayın sonunadək davam edəcək.