Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-04-07 09:55:00
Yunus Əmrə İnstitutu TYS imtahanlarına qeydiyyat elan edir  

Dövlət İmtahan Mərkəzinin (DİM) beynəlxalq tərəfdaşı olan Yunus Əmrə İnstitutu Türkçə Yetərlilik İmtahanına (TYS) qeydiyyat elan edir.

 

DİM-dən AzEdu.az-a verilən məlumata görə,  Yunus Əmrə İnstitutunun Bakı nümayəndəliyi tərəfindən DİM-in dəstəyi ilə təşkil ediləcək TYS imtahanına qeydiyyat aprelin 30-u başa çatır.

 

Qeyd edək ki, DİM və Yunus Əmrə İnstitutu arasında 2020-ci ilin noyabrında qarşılıqlı anlaşma memorandumu imzalanıb və razılaşdırılmış əməkdaşlıq sahələrindən biri də Türkçə Yetərlilik İmtahanının keçirilməsi üçün DİM tərəfindən dəstəyin göstərilməsidir.

 

İmtahanda iştirak etmək istəyən namizədlər DİM-in saytındakı link vasitəsilə qeydiyyatdan keçə bilərlər.