Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-04-06 15:10:00
ADNSU-da “Uğurlu CV necə hazırlanmalıdır?” mövzusunda təlim keçirilib  

Aprelin 6-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) “Uğurlu CV necə hazırlanmalıdır?” mövzusunda onlayn formatda təlim keçirilib. 

 

AzEdu.az xəbər verir ki, təlimdə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) kadrlar şöbəsinin mütəxəssisi  Pərvanə Həsənova müasir günümüzdə düzgün və dolğun CV formasının hazırlanması mövzusunda çıxış edib. P.Həsənova CV nədir?, nə üçün lazımdır? və CV-nin tərtib olunma prinsiplərindən danışaraq CV-nin gözoxşayan tərtibatı ilə yanaşı düzgün, dəqiq və dolğun məlumat bazasının olmasının zəruri olduğunu bildirib. P.Həsənova həmçinin qeyd edib ki, CV işçi ilə işə götürən arasında tanışlıqla yanaşı, həm də işçi haqqında  müsbət assosiasiya yaratmalıdır.

 

Təlimin sonunda tələbələri maraqlandıran suallar cavablandırılıb.

 

Qeyd edək ki, təlimin məqsədi tələbə və məzunları iş tapmaqda CV-nin rolu haqqında maarifləndirmək  və tərtib olunması haqqında bilik və bacarıqlar aşılamaqdır.