Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-04-06 14:22:00
Məktəb idarəetməsi mövzusunda müzakirə aparılıb - VİDEO  

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Mehriban Vəliyeva məktəbin səmərəli idarə edilməsi mövzusunda çıxış edib.

 

AzEdu.az xəbər verir ki, Təhsil İdarəçiləri Assosiasiyasının "Facebook" səhifəsi üzərindən keçirilən müzakirədə BŞTİ müdiri Mehriban Vəliyeva təhsil müəssisəsinin səmərəli idarə edilməsində məktəb rəhbərinin əsas fəaliyyət istiqamətləri, uğurlu məktəb modelinin yaradılmasında qarşılıqlı əməkdaşlığın rolu, daxili monitorinqin təşkili və digər məsələlər barədə danışaraq, izləyiciləri maraqlandıran suallara aydınlıq gətirib.

 

Qeyd edək ki, "T-Network” təhsil işçilərinin təcrübə və kommunikasiya platforması və Təhsil İdarəçiləri Assosiasiyasının təşkilatçılığı ilə hər həftənin bazar ertəsi yayımlanan “Bələdçi” proqramının məqsədi təhsil sahəsindəki aktual problemlərin həllinə bələdçilik etmək, təhsildə keyfiyyəti yüksəltmək yolları barədə fikir mübadiləsi aparmaqdan ibarətdir.