Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-04-06 11:31:00
 Nazir ali təhsil müəssisələrinin vaksinasiya prosesindən yazdı

 

“31 mart tarixinə olan göstəricilərə əsasən, ali təhsil müəssisələri arasında ilk olaraq ADA Universitetinin 50 yaşdan yuxarı pedaqoji və texniki heyətinin vaksinasiya prosesi artıq yekunlaşıb”.

 

AzEdu.az xəbər verir ki, bunu Təhsil naziri Emin Əmrullayev şəxsi sosial media hesablarında yazıb:

 

“Bununla yanaşı, Sumqayıt Dövlət Universiteti (98.2 %), Azərbaycan Universiteti (93.7 %), Bakı Avrasiya Universiteti (91.6 %), Bakı Ali Neft Məktəbi (87.7 %) və Mingəçevir Dövlət Universitetinin (87 %) heyəti də bu prosesi yekunlaşdırmaq üzrədir. Təhsil Nazirliyi olaraq bu ali təhsil müəssisələrinin rəhbərliyinə və kollektivinə təşəkkür edirik.

 

Öyrənmə prosesinin davamlılığının təmin olunması və təhsil müəssisələrinin ənənəvi fəaliyyətinin bərpa edilməsi üçün vaksinasiya əsas şərtdir”.

 

Şükufə Süleymanlı
Müəllifin digər yazıları