Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-04-06 11:07:00
Qarabağa gedəcək müəllimlərə nə kimi güzəştlər olunmalıdır-Təkliflər

44 günlük müharibədən  çox uzun müddət keçməməsinə baxmayaq, hazırda həmin ərazilərin bərpasına başlanılıb. Təhsilin Qarabağ üçün əhəmiyyətini nəzərə alan müəllimlər də həmin ərazilərdə fəaliyyət göstərməyi arzu edir.

 

AzEdu.az işğaldan azad edilən ərazilərdə müəllimlər üçün nə kimi güzəştlərin tətbiq olunması ilə bağlı təhsil işçiləri arasında sorğu keçirib.

 

Həmin sorğunu təqdim edirik:

 

Cəlilabad  rayonu, Alar kənd 2 saylı tam orta məktəbin fizika müəllimi Elçin Abbasov qeyd edir ki, işğaldan azad edilən ərazilərə gedən müəllimlər çox şərəfli addım atacqlar:

 

“Onlar Qarabağda fəaliyyət göstərmək istəyir və təhsil ictimaiyyəti üçün yararlı olmağı düşünürlər. Bunun qarşılığında isə təhsil işçilərinə güzəştlər edilməlidir. Belə ki, həmin müəllimlər evlə təmin edilməli və onlar üçün torpaq sahələri verilməlidir. Verilən torpaq sahələrində müəllimlər özləri üçün ev tikməli və yaşayış yeri yaratmalıdır. Belə olduqda onlar rahatlıqla fəaliyyət göstərə bilərlər. Müəllimlər mütləq Qarabağa getməlidir,  çünki ora bizim əzəli və əbədi torpağımızdı”.

 

 
Laçın rayonu, Mişni tam orta məktəbinin Azərbaycan dili və ədəbiyyat müəllimi Gülnar İsmayılova müəllimlər üçün həvəsləndirmə məqsədi ilə H1 və H2 tətbiq edildiyini deyib:

 

“İşğaldan azad edilən ərazilərə gedəcək təhsil işçiləri üçün verilən bu tipli məbləğlər artırılsa, yaxşı olar. Çünki həmin bölgələr paytaxtdan uzaqda  yerləşir. Bu müəllimlər üçün daha da cəlbedici və motivasiyaedicii olar. Həmçinin, Qarabağda fəaliyyət göstərəcək müəllimlər üçün kirayə haqqı verilməli və kommunal xərclər ləğv olunmalıdır. Bu da onların ixtisas seçimində həmin əraziləri seçməsinə gətirib çıxara bilər.

 

Qarabağda yaradılan məktəblər texnoloji avadanlıqlarla təmin edilsə və modul tipli məktəblər qurulsa, müəllimlər üçün də yaxşı imkan yaradılar. Belə olduqda şəhərdə yaşayan müəllimlərdə rayonlarımıza daha rahatlıqla üz tutacaqlar”.

 

Göygöl rayon Çaylı kənd tam orta məktəbinin müəllimi  Səltənət Quliyeva  fikirlərini bildirib:

 

“İlk olaraq müəllimlər Qarabağda daimi yaşayış yeri ilə təmin olunmalı, sosial təminatı gücləndirilməli və  internetlə təhciz edilməlidir. Əgər ailəlidirsə, həyat yoldaşının ixtisasına uyğun işlə təmin olunmasına da köməklik göstərilməlidir”.

 

İsmayıllı rayonunun İstisu kəndinin ibtidai sinif müəllimi Şahid Muradlı Qarabağda fəaliyyət göstərəcək müəllimlər üçün hansı güzəştlərin olmasının vacibliyindən söz açıb:

 

“İşğaldan azad edilən torpaqların minalardan təmizlənməsi prosesi tam başa çatdıqdan sonra infrastrukturun qurulması və əhalinin yerləşdirilməsi həyata keçiriləcək. Bu isə artıq həmin ərazilərin Azərbaycanın tam nəzarəti altında olduğunu və digər bölgələrimizdən fərqli olmayacağını göstərir. Qarabağda hazırda ucqar bölgələr üçün tətbiq edilən həvəsləndirici tədbirlər kifayətdir. Digər tərəfdən isə uzun illər sonra öz evlərinə geri qayıdan qaçqın və məcburi köçkünlər üçün güzəştlər tətbiq ediləcəyi halda, təbii olaraq orada fəaliyyət göstərəcək müəllimlər üçün də bunlar olmalıdır. Bu zaman isə ödənilən vergilərlə bağlı güzəştlərin tətbiqi və ya ləğvi yaxşı olardı. Bir vətəndaş kimi isə onu deyə bilərəm ki, Qarabağı görmək, orada fəaliyyət göstərmək özü böyük xoşbəxtlikdir”.

 

Laçın rayon Taxtakörpü kənd tam orta məktəbinin direktoru Şəbnəm Cəbrayıl işğaldan azad edilən ərazilərdə çalışmaq istəyən müəllimlərin sayının daha çox olacağını  deyib:.

 

 

“Qəlbimizdə yara olan və azad Qarabağda çalışmaq fəxarət olacaqdır. Çox istərdim ki, bir neçə yaxın kəndlərin qovşağında müəllim yataqxanaları olsun. Təhsil işçilərinin sərbəst qalmaları üçün həmin yataqxanaların tikilməsi əla olar. Həmçinin, yeni bir əlavə olan H3 də yaradıla və bu daha çox məbləğlə tətbiq edilə bilər. Amma hər bir halda Azərbaycan müəllimi fədakardır, onun üçün əsas olan şagirdlərin gələcəyi və vətənin bütövlüyüdür.

 

Onu da qeyd edim ki, fasiləsiz olaraq 5 il orada çalışanlara torpaq sahəsinin verilməsi də, mükəmməl olar. Kim istəməz ki, o müqəddəs torpaqlarda ərazisi olsun”.

 

 

Şükufə Süleymanlı
Müəllifin digər yazıları