Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-04-05 17:08:00
Azərbaycanda daha 1099 nəfər koronavirusa yoluxdu  

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 1099 yeni yoluxma faktı qeydə alınıb, 647 nəfər müalicə olunaraq sağalıb.

 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AzEdu.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 34 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 271 834 nəfər koronavirus infeksiyasına yoluxub, onlardan 242 293 nəfər müalicə olunaraq sağalıb, 3 711 nəfər vəfat edib, aktiv xəstə sayı 25 830 nəfərdir.