Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-04-05 14:22:00
“Can Azərbaycan, can Türkiyə” layihəsi çərçivəsində tanışlıq görüşü keçirildi  

Azərbaycan və Türkiyə məktəbliləri arasında onlayn görüş keçirilib.

 

AzEdu.az xəbər verir ki, “Can Azərbaycan, can Türkiyə” layihəsi çərçivəsində keçirilən tanışlıq görüşündə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 192 nömrəli tam orta məktəb, Türkiyənin “Milli Egemenlik Ortaokulu” və “Salihli Yenipazar İlkokulu”nun şagirdləri, müəllimlər iştirak ediblər.

 

Azərbaycan və Türkiyənin dövlət himnlərinin səsləndirilməsi ilə başlayan onlayn görüşdə çıxış edənlər iki ölkə arasında qardaşlıq, dostluq münasibətlərinin inkişafından məmnunluqlarını ifadə ediblər.

 

Sonra şagirdlərin ifasında şəhidlərimizə həsr olunmuş şeirlər səsləndirilib, mahnılar oxunub.

 

Onlayn görüşün təşkil edilməsinin əsas məqsədi qarşılıqlı olaraq tariximiz və milli-mənəvi dəyərlərimiz barədə şagirdlərə məlumat vermək, Vətən müharibəsində torpaqlarımız uğrunda canından keçmiş şəhidlərimizin qəhrəmanlıq yolu ilə yaxından tanış olmaq və olanların əziz xatirəsini daim anmaq, qazanılan Zəfərdə birliyin və həmrəyliyin müstəsna rolu olduğunu geniş ictimaiyyətə bir daha çatdırmaq, gələcəyimiz olan şagirdlərin vətənpərvər ruhunda formalaşdırılması işinə təkan verməkdir.