Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-04-05 12:36:00
ATU-da 21, BDU-da 11 nöqsan aşkarlandı

Hesablama Palatası ötən il üzrə ali təhsil müəssisələrində aparılan kənar dövlət maliyyə nəzarəti barədə yekun nəticəni açıqlayıb.

 

AzEdu.az-ın məlumatına görə, “Azərbaycan Respublikası Hesablama Palatasının 2020-ci ildə fəaliyyəti haqqında” hesabat sənədinə əsasən, ali məktəblər arasında ən çox nöqsan Azərbaycan Tibb Universitetində ( 21 nöqsan) qeydə alınıb.

 

Sənəddə bildirilib ki, sonrakı yerdə Bakı Dövlət Universiteti (11 nöqsan) və Azərbaycan Dövlət İqtisad Universiteti (8 nöqsan) qərarlaşıb.

 

Qeyd edək ki, hesabat aprelin 8-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında müzakirəyə çıxarılacaq.