Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-04-04 16:17:00
Dünya ölkələrində şagirdlərin qəribə cəzalandırılma metodları  

Dünya ölkələri uşaq hüquqlarının müdafiəsi, uşaqlara qarşı zorakılığın aradan qaldırılması uğrunda mübarizə aparsa da, bir çoxlarında  azyaşlılar  müxtəlif üsullarla cəzalandırılır.

 

Bunu, onların dərsə hazır olmaması, özünü intizamlı aparmaması ilə əsaslandırırlar.

 

AzEdu.az müxtəlif ölkələrdəki cəzalandırma metodlarını təqdim edir:

 

Məsələn, Pakistanda bir neçə dəqiqə dərsə gecikən uşaq məcburi şəkildə 8 saat Quran oxumalıdır;

 

Liberiyada isə intizamsız uşaq şallaqla döyülür;

 

Cənubi Afrika ölkəsi olan Namibiyada özünü pis aparan uşaqlar arı yuvası olan ağacın dibində səssiz-səmirsiz dayanmalıdır;

 

Cənub ölkələrində intizam qaydalarını pozan şagirdlərin dizlərinin altına dondurulmuş yaşıl noxud qoyulur. Və saatlarla noxudun üzərində diz çökmələri tələb olunur;

 

Amerikanın Arizona əyalətində bir-biriylə dava edən məktəblilər saatlarla oturaraq əl-ələ tuturlar. Digər məktəblilər isə onları seyr edirlər. Bununla yanaşı onlar əl-ələ məktəbdən ayrılmalı və evdə hadisə haqqında valideynlərinə danışmalıdırlar;

 

Nepal məktəblərində intizamsız olan oğlan uşağı günahının dərəcəsindən asılı olaraq qız paltarı geyinməli və bir gündən beş günədək belə gəzməlidir;

 

Digər cəza növlərindən biri özünü yaxşı aparmayan azyaşlı şagirdlərin başına qıf keçirilməsidir. Bu, Amerika əyalətlərinin birində  müəllim tərəfindən tətbiq olunub. Ondan bu cəzanı niyə həyata keçirdiyi soruşulanda isə müəllim uşağın sinif yoldaşlarını “qapdığını” bildirib;