Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-04-04 15:21:00
Azərbaycanda son sutkada 2021 nəfər COVID-19-a yoluxdu, 776 nəfər sağaldı

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına  2021 yeni yoluxma faktı qeydə alınıb,  776 nəfər müalicə olunaraq sağalıb.

 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AzEdu.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış  29 nəfər vəfat edib.

 

Azərbaycanda indiyədək ümumilikdə 270 735 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 241 646 nəfər müalicə olunaraq sağalıb, 3 677 nəfər vəfat edib, aktiv xəstə sayı  25 412 nəfərdir.

 

Ölkədə son sutka ərzində 12 210 , hazırkı dövrədək isə 2 928 955  test aparılıb.