Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-04-04 13:03:00
Heydər Əliyev irsi öyrənilir  

Ağdam Rayon Təhsil Şöbəsinin təşkilatçılığı ilə “Heydər Əliyev irsinin öyrənilməsi” mövzusunda onlayn iclas keçirilib.

 

Təhsil şöbəsindən aldığımız məlumata görə, tədbiri giriş sözü ilə açan şöbənin müdiri Mətanət Misirxanova qeyd edib ki,  Heydər Əliyev irsinin öyrənilməsində əsas məqsəd  Ulu  Öndərin  dövlətçilik siyasəti və azərbaycançılıq məfkurəsinin öyrənilməsi, onun zəngin irsinin tədqiqi və təbliği, şagirdlərin müvafiq biliklərinin zənginləşdirilməsi, ölkəmizin dövlət quruculuğu prosesində Ümummilli Liderin rolunun və xidmətlərinin gənc nəslə çatdırılmasından ibarətdir.(azərbaycan müəllimi)