Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-04-04 12:00:00
Zəngilan məktəblərində yubiley tədbirləri  

Zəngilan rayon 6, 20, 21, 29, 32 nömrəli tam və 4 nömrəli ümumi orta məktəblərində   Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunmuş tədbirlər keçirilib.

 

Təhsil şöbəsindən verilən məlumata görə, məqsəd dünya ədəbiyyatının görkəmli nümayəndəsi, dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illik yubileyinin keçirilməsi və onun mədəni irsinin öyrənilməsindən ibarətdir.

 

Tədbirdə ilk olaraq Nizami Gəncəvinin həyatı haqqında məlumat verilib. Daha sonra onun yaradıcılığı və dünya ədəbiyyatının nadir incilərindən olan “Xəmsə”si haqqında danışılıb. Çıxış edənlər  Nizami Gəncəvinin  ümumbəşəri mahiyyət daşıyan, ecazkar poetik qüvvəyə malik yaradıcılığı ilə Şərq bədii təfəkkürünü elmi-fəlsəfi fikirlərlə zənginləşdirməsi və poeziyanı yüksəkliklərə qaldırması haqqında məktəblilərə məlumat veriblər.

 

Sonra məktəblilər tərəfindən rəsm sərgisi və Nizami Gəncəvinin əsərlərindən ibarət kiçik səhnəciklər şəklində ədəbi-bədii kompozisiyalar  nümayiş etdirilib.(azərbaycan müəllimi)