Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-04-04 10:00:00
Azərbaycanda daha bir məktəb koronavirusa görə BAĞLANDI  

Mingəçevir şəhər Mehdi Hüseynzadə adına 3 saylı tam orta məktəb yeni növ koronavirus infeksiyası səbəbindən bağlanılıb.

 

AzEdu.az xəbər verir ki, orta məktəbdə çalışan və təhsil alanlar arasında aparılan tibbi yoxlamalar zamanı COVID-19 virusuna yoluxanlara rast gəlindiyi üçün orta məktəbin fəaliyyəti müvəqqəti dayandırılıb.

 

Dərslər onlayın şəkildə keçirilir.

 

Qeyd edək ki, şəhərin 7 saylı Rəşad Mirabov adına orta məktəbdə isə eyni səbəbdən 2 sinif bağlanılıb (report).