Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-04-03 17:45:00
Bağçalar fəaliyyətini davam etdirəcək-RƏSMi

"Bakı, Sumqayıt, Gəncə, Şəki şəhərləri və Abşeron rayonunda bağçalar fəaliyyətini ənənəvi qaydada davam etdirəcək".


AzEdu.az xəbər verir ki, bunu Təhsil naziri Emin Əmrullayev "Facebook" səhifəsində canlı yayımda bildirib.

 

O deyib ki, bağçalarda distant təhsil mümkün deyil:

 

"Bu baxımdan bağçaların fəaliyyəti hələ ki, davam etdirilir. Növbəti həftələrdə bağçalar fəaliyyətini davam etdirəcək. Yenə də sanitar-gigiyenik normalara əməl edilməsi xahiş olunur".

 

Qeyd edək ki, yerli icra hakimiyyəti orqanları dünən adıçəkilən regionlarda aprelin 5-dən dövlət və özəl bağçalarda tədrisin dayandırılması barədə müvafiq sərəncamlar vermişdilər. 

Şükufə Süleymanlı
Müəllifin digər yazıları