Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-04-03 10:00:00
Azərbaycan Britaniya Kolleci TEDx tədbirinə ev sahibliyi edib

Azərbaycan Britaniya Kolleci TEDx tədbirinə ev sahibliyi edib.

 

Bu barədə AzEdu.az-a  Azərbaycan Dövlət Neft Şirkətindən (SOCAR) məlumat verilib.

 

TED yayılmağa dəyər ideyaları dünyaya yayan Amerika mərkəzli bir təşkilatdır və TEDx tədbirləri yalnız həmin təşkilatdan alınan lisenziya ilə ildə bir dəfə keçirilə bilir. Kollecin şagirdləri komanda olaraq bu təşkilata müraciət edib və lisenziya əldə ediblər. Bununla Azərbaycanda ilk dəfə bir orta məktəbdə TEDx tədbiri keçirilib.

 

Tədbirdə millət vəkilləri, müəllimlər, şagirdlər və ölkəmizin tanınmış simaları çıxış edib. Tədbirin açılışını SOCAR-ın kadr, rejim və informasiya texnologiyaları üzrə vitse prezidenti, məktəbin İdarə Heyətinin sədri Xalik Məmmədov çıxış edərək belə bir tədbirlərin keçirilməsinin təqdirə layiq olduğunu qeyd edib. Daha sonra məktəbin direktoru Carl Lander çıxış edərək məktəb haqqında qısa məlumat verib, tədbirin ərsəyə gəlməsi üçün şagird və müəllim heyətimizə təşəkkürünü bildirib.

 

TEDx səhnəsində millət vəkili Etibar Əliyev, ürək cərrahı, millət vəkili Rəşad Mahmudov, BP-nin vitse prezidenti Bəxtiyar Aslanbəyli və digər tanınmış simalar, həmçinin məktəbin şagirdləri aktual mövzular haqqında çıxış edərək izləyicilərə ilham mənbəyi olublar.

 

Pandemiya şəraitini nəzərə alaraq, tədbir zalında auditoriya olmadı və tədbir canlı olaraq məktəbin “Facebook” və “Youtube” kanallarında göstərilib.

 

Azərbaycan Britaniya Kolleci 2012-ci ildə fəaliyyətə başlayıb, bağça, məktəbəqədər hazırlıq, ibtidai və orta təhsil imkanları yaradan qabaqcıl təhsil müəssisəsi kimi Azərbaycan da daxil olmaqla, 25 müxtəlif ölkədən olan 635 şagird üçün xidmət göstərməkdədir. ABC-də İngiltərə Milli Kurrikulumu 24 əcnəbi və 50 yerli müəllim tərəfindən tədris olunur. Azərbaycan Respublikasının Təhsil Nazirliyinin tələbinə uyğun olaraq, əlavə dərslər kimi Azərbaycan dili, ədəbiyyat və tarix fənnləri də kurrikuluma daxil edilmişdir. ABC Beynəlxalq Məktəblər Şurası tərəfindən tam akkreditasiya olunmuş yeganə məktəbdir və Britaniya Məktəblər Şurasının üzvüdür.