Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-04-02 17:15:00
Qarabağla bağlı məqaləsi ilə erməniləri susduran məktəblimiz: “Məni təhdid etdilər”

 

Ayan  Əhmədova:  “Məğlubiyyəti  qəbul  etməyən  ermənilər  məni  davamlı  təhdid  edirdilər”

 

“Mən  erməni  iştirakçının  tələbini  rədd  etdim, çünki  o  şəhidlərimizin  ruhunu təhqir  etmişdi. Ancaq  o  təhdidlərə  davam  edirdi”.

 

Bunu  AzEdu.az - a  açıqlamasında  Qarabağla  bağlı  təşkil  edilən  müsabiqədə  qalibiyyət  qazanan  Azərbaycan  təmsilçisi  Ayan  Əhmədova  deyib.

 

Əvvəlcə  onu  tanıyaq... Ayan Əhmədova  Sumqayıt  şəhərində  yaşayır.  15  yaşı  var  və  9  kitab  müəllifidir. Sumqayıt  şəhər  11 nömrəli  tam  orta  məktəbinin  9-cu  sinfində  təhsil  alır.

 

Ayan, “Qarabağ  Azərbaycandır”  məqaləsi  ilə  qatıldığı  müsabiqədən  bəhs  edib:

 

“2020 -ci ilin  dekabr  ayında  İngiltərə, Amerika, Rusiya, Türkiyə, Rusiya, Azərbaycan  və  Ermənistan kimi  ölkələrin  iştirakı  ilə  Qarabağla  bağlı  müsabiqə  keçirildi. Müsabiqədə  15-17  yaşlı  yeniyetmələr  iştirak  edirdi. Müsabiqə  6 turdan  ibarət  idi  və  biz  bütün  turları  uğurla  keçərək  Ermənistanla  finala  qaldıq. Ermənistan  bir məqalə  ilə, mən  də  “Qarabağ  Azərbaycandır”  adlı  məqalə  ilə  müsabiqəyə  qatılmışdım. Finalda  1057  balla  biz  qalib, 957  balla  isə  Ermənistan  ikinci  oldu”.

O, erməni  iştirakçının  müsabiqənin  yenidən  keçirilməsini  tələb  etdiyini  və  onu  təhdid  etdiyini  qeyd  edib:

 

“Erməni  iştirakçı   Fransada  yaşayan  Aron  Skobyan  adlı  etnik  erməni  nümayəndəsi  idi. Finaldan  sonra  erməni  iştirakçı  sosial  şəbəkə  vasitəsi  ilə  mənə  yazdı. O, yarışın  yenidən  təşkil  edilməsini  və  mənim  başqa  mövzuda  məqalə  ilə  qatılmağımı  tələb  etdi, mən  də  rədd  etdim. Çünki  mənim  məqaləm  Qarabağ,  şəhidlərimizin  ruhu  ilə  bağlı  idi  və  o  şəhidlərimizin  ruhunu  incitmişdi. Danışarkən  mən  ona  Ermənistanın  müharibə  zamanı  Bərdə  və  Gəncədə  mülki  əhaliyə  qarşı  hücumlarına  diqqət  çəkdim  və  bunun  qətliam  olduğunu  bildirdim. O, isə  məni  hər  dəfə  ədalətsiz  adlandırır  və  müsabiqənin  yenidən  təşkilini  tələb  edirdi. Elə  bütün  məsələ  də  bundan  sonra  başladı. Məğlubiyyəti  heç  cür  qəbul  etməyən  erməni  iştirakçı  sosial  şəbəkələr  vasitəsi  ilə  dostları  ilə  birlikdə  davamlı  olaraq  məni  təhdid  edirdi. Əvvəlcə  bunlardan  təbii  olaraq  narahat  olduq, ancaq  artıq  əhəmiyyət  vermədik”.

 

Ayan  son  olaraq  Qarabağ  həqiqətlərinin  tanınması  üçün  bundan  sonra  da  əlimdən  gələni  edəcəyini  və  heç  vaxt  geri  çəkilməyəcəyini  bildirib.