Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-07-08 17:15:00
Müsəlman alimlərin dünya elminə verdikləri töhfələr

Tarixə və dünyaya  damğasını vuranların arasında müsəlman elm adamları da az deyil. Onlar bir çox ixtira  və kəşfləri avropalılardan yüzlərcə  il əvvəl  edib. AzEdu.az   dünya tarixində iz qoyan  müsəlman elm adamlarını təqdim edir:

Nəsirəddin Tusi-Elmin müxtəlif sahələri ilə dərindən maraqlanan Nəsirəddin Tusi filosof, astronom,riyaziyyatçı,tarixçi, maliyyəçi,ilahiyyatçı və hüquqşünas dövlət xadimi  olub. Onun yaradıcılığından astronomiya və riyaziyyat üzrə tədqiqatlar xüsusi yer tutur. Riyaziyyatçı alimin ən məşhur əsərləri "Şəklül-qita", "Came'ül-hesab", "Dairənin ölçüsü", "Təhrir Öqlidis" kimi kitablarında toplanıb. Çağdaş tədqiqatçıların çoxu Nəsirəddin Tusini hər şeydən öncə, riyaziyyatçı hesab edir. Onun əsərləri yalnız Şərqdə deyil, həmçinin  Avropada həndəsə və triqonometriyanın inkişafında mühüm rol oynayıb. Tusi Şərq dünyasında etikaya dair "Əxlaqi-Nasiri" adlı məşhur əsərin müəllifi və Marağa rəsədxanasının banisi kimi xüsusi rəğbət qazanıb.

Əl-Biruni-XI əsrin ən böyük coğrafiyaşünası Əl-Biruni hesab olunur.  Özünün uzun səyahətləri zamanı İran yaylasını, Xəzər dənizinin şərq və cənub sahillərindəki ölkələri, Mərkəzi Asiyanın böyük hissəsini öyrənib. O, özündən əvvəlki coğrafiyaşünaslardan irəli gedərək, Hind okeanı ilə Atlantik okeanının Afrikanın cənubunda dar bir boğaz vasitəsilə birləşdirildiyini söyləyib.  Əl-Biruni Pəncaba etdiyi səyahət zamanı hind elminə və mədəniyyətinə aid topladığı materiallar və özünün empirik müşahidələri əsasında Hindistana həsr olunan iri həcmli əsər yazıb. "Nihayatül-Emakin", qısa şəkildə "Hindistan" adlandırılan bu əsərdə Biruni, ilk dəfə olaraq yerin günəş ətrafında hərəkətini və dünyanın hərəkətsiz deyil, dönən bir kütlə olduğunu Kopernikdən 500 il əvvəl söyləyib və məşhur hind astronomu Brahmaquptanın "Yer hərəkətdə, göylər isə sükunətdədir" fikrini əsaslandırıb. Beləliklə, o, Koperniklə başlayan müasir astranomiya və fizikanın ilk təməllərini yaradıb.

Əbül Vəfa-fars astronomu və riyaziyyatçısı  olan, onuncu əsrdə   yaşayan Əbül Vəfa  triqonometriyaya “sekant-kosekant” terminlərini gətirib. Əbül Vəfa tangens, kotangens və kosekantı ilk istifadə edən alim kimi tanınır.

Zəkəriyya əl-Razi-Rey şəhərində anadan olan  Zəkəriyya əl-Razi  çiçək, qızılca və qızdırma xəstəliklərini kəşf edib və bu mövzuda ilk əsəri yazıb. Bu əsərlər əvvəlcə latınca, 4 əsr müddətinə isə müxtəlif Avropa dillərinə tərcümə edilib.

Övliya Çələbi-tarixçi, etnoqraf, şair, səyyah, coğrafiyaşünas olan  Övliya Çələbi Kitabi Dədə Qorqudun tarixini, boy təşkilatını, tarixi coğrafiyasını, onomastik sistemini öyrənməkdə ən mühüm qaynaqlardan biri Övliya Çələbinin “Səyahətnamə”sidir. Qorqudşünaslar dəfələrlə müxtəlif problemlərin işıqlandırılması üçün “Səyahətnamə”yə müraciət ediblər.

Əl-Xarəzmi- Riyaziyyat sahəsindəki çalışmaları müasir cəbr elminin inkişafına böyük təkan verib. Xarəzmi ömrünün böyük hissəsini  Bağdaddakı “Beytül-Hikmədə” keçirib. Cəbr və alqortim elminin banisi və bu elmlərə ad verən İslam  alimi olub. Xarəzmi cəbr sdahəsində ilk əsəri “Kitabül Müxtəsər fi Hesabil Cəbri Müaqabələ”nin  müəllifidir. Xarəzmi adı Avropada latınca “Alkhorismi” kimi tələffüz edildiyi üçün, tapdığı metoda  “alqoritm” adı verilib. O , Yer kürəsindəki bir dərəcəlik meridian uzunluğunu da ölçüb.

İbn Sina- Buxara yaxınlığında anadan olub. Dövrünün ən böyük təbiblərindən biri olan İbn Sinanın ən etibarlı əsəri "Göz həkiminin dəftəri"dir. İbn Sina yaradıcılığının ən məhsuldar dövrünü Azərbaycanda keçirib, ona dünya şöhrəti qazandıran «Qanun» və digər əsərlərini burada yazıb.    Dünyada “müasir Tibbin atası”olaraq tanınır.

Mahmud  Kaşğari- türkologiyanın banisi hesab olunan   Mahmud Kaşğari  dünya ədəbiyyatında türkdilli xalqların ilk ensiklopediyası  olan Divanu Luğat-it-turk müəllifi kimi şöhrət qazanıb. 319 səhifədən ibarət olan bu kitabda  türk dili, ləhcələri, tarixi, coğrafiyası, folkloru,mifologiyası müəyyən qədər  astronomiyası   ilə bağlı materialları əhatə edən bir bilik xəzinəsidir. Müəllif Ensiklopediyada “Dünya xəritəsi”adlanan bir xəritə verib. Bu xəritədə mərkəz Balasaqunu seçərək türklərin yaşadığı bütün ərazilər qeyd olunub. Onun məşhur  Divanu Luğat-iti-Türk əsərində türk qəbilələri, çoxlu dağ, çay, göl, ölkə və dövlətlər haqqında geniş məlumatlar toplanıb.

 Günel Yaşarqızı