Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-04-02 14:00:00
Belçika, Portuqaliya və Hollandiya məktəblərdə məsafədən təhsilə keçir

Belçika 4 həftəlik Pasxa qapanmasına gedir.

 

AzEdu.az-ın  xəbərinə görə, bu barədə BBC-nin yaydığı məlumatda deyilir.

 

Bildirilir ki, ölkədə ibtidai və orta məktəblər, eyni zamanda universitetlər aprelin 19-dək bağlanır. Bütün vacib olmayan səfər və görüşlər təxirə salınır, həmçinin ictimai yerlərdə maska taxılması məcburidir.

 

Portuqaliyada isə vəziyyətdən asılı olaraq muzey, orta məktəb və universitetlərin aprelin 19-dək açılmaması haqqında qərar hələ də qüvvədə qalır.

 

Hollandiyada vəziyyət bir az fərqlidir. Belə ki, burda orta məktəblərdə həftədə ən azı 1 gün dərslərin əyani formada məktəbdə keçirilməsinə baxmayaraq, universitet tələbələrinə aprelin 26-dan həftədə ən azı 1 gün dərslərini əyani formada keçmək üçün icazə veriləcək.