Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-07-08 16:47:08
İsveçrədə oxumaq istəyənlərin ən çox verdiyi suallar-Cavablar AzEdu.az-da

Əvvəllər İsveçrə tələbələrin ən çox müraciət etdiyi ölkələrdən idi. amma son illər azalma burada təhsil almaq istəyən tələbələrin sayında azalma müşahidə olunur. Çünki İsveçrədə yaşayış bahadır. Amma verilən təhsil və universitetlər xərcənən pula dəyər. AzEdu.az İsveçrədə təhsillə bağlı ən çox verilən sual və cavablarını təqdim edir. Uallar CELT xaricdə təhsil mərkəzinin İsveçrədə təhsil üzrə nümayəndəsi Üelgün Kərimov cavablandırır:

-İsveçrədə magistratura təhsili almaq üçün nə lazımdır?

Bunun üçün öncə TOEFL və ya IELTS imtahanı verməlisiz

-İsveçrədə attestatla təhsil ala bilərəm? bu əyani, yoxsa qiyabi şəkildə mümkündür? Təhsil haqqı nə qədərdir?

Bəli, İsveçrə universitetlərinəı attestatla qəbul oluna bilərsiniz. Yalnız özəl universitetlərdə əyani şəkildə təhsil mümkündür.  Amma TOEFL və ya IELTS lazımdır. İllik təhsilhaqqı isə 21 min avro civarındadır.

-İsveçrə dövlət universitetlərində biznes-iqtisadiyyat üzrə magistratura oxumağın  xərci nə qədərdir?

1000-1500 avrodur.

-13 yaşım var. Təhsilimi İsveçrədə davam etdirmək istəyirəm. Bu mümkünüdr?

Bəli. isveçrədə orta məktəbə yazıla bilərsiniz. Orta məktəbi orda davam etdirib sonra universitetə qəbul ola bilərsiniz.

-İsveçrədə magistr təhsili üçün nə tələb olunur?

Bu, ixtisasdan asılı olaraq dəyişir. amma normalda yaxşı bakalavr diplomu və IELTS sertifikatı lazımdır.

-Mən tibb kollecini bitirmişəm. İsveçrədə bakalavr üzrə oxuya bilərəm?

Tibb üzrə ingiliscə təhsil almaq istəyirsinizsə, Böyük Britaniya və ya Macarıstanı seçməlisiniz. Digər ölkələrdə tibb təhsili həmin ölkənin öz dilindədir. İsveçrədə təhsil almanca olacaq. Odur ki, öncə alman dilini mükəmməl bilməlisiniz.

-İsveçrədə orta təhsil almaq neçəyə başa gəlir?

İsveçrədə orta məkləblər illik 80 min manata yaxındır. Bura hər şey daxildir. Amma eyni keffiyətli məktəbi 50 min dollara amerika və ya kanada da keçə bilərsiniz.

-Mən İsveçrədə insan hüquqları üzrə bakalavr  təhsili ilə maraqlanıram. Bu haqda ətraflı məlumat verməyinmizi xahiş edirəm.

İngilis dilində hüquq sahəsi üzrə proqramlar dünyada yalnız ingilisdilli ölkələrdə var. Britaniya, ABŞ və s. Bircə magistr təhsili üzrə hüquq proqramı Macarıstanda var. Qalan ölkələrdə hüquq həmin ölkənin öz dilindədir

-İsveçrədə bakalavr təhsili almağın şərtləri nələrdir? Humanitar ixtisas üzrə oxumaq istəyirəm.

Dövlət attestatla götürmür. Gərək iki il universitet oxuyasınız. Amma öncədə dediyim kimi EU problem deyil FCE ilə.

 

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları