Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-04-01 17:27:53
Onlayn dərslərin keçirilməsinə məktəb rəhbərliyi nəzarət edir - Nazirlik

Onlayn dərslərin keçirilməsinə nəzarət məktəb rəhbərliyi tərəfindən həyata keçirilir.

 

AzEdu.az-ın məlumatına görə, bunu Təhsil Nazirliyinin Ümumi təhsildə məzmun, tədris və qiymətləndirmə şöbəsinin müdiri Vəfa Yaqublu deyib.

 

Onun sözlərinə görə, virtual məktəbin funksionallığı getdikcə artır: "Bu, bizə imkan verir ki, mərkəzləşdirilmiş qaydada nəzarət edək. Müxtəlif siniflərin dərslərinə qoşulaq və vəziyyətin monitorinqini aparaq".