Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-04-01 16:56:00
Rumıniyada növbəti tədris ili üzrə təqaüd proqramına qəbul davam edir  

Rumıniyanın Təhsil və Tədqiqat Nazirliyi tərəfindən Azərbaycan vətəndaşları üçün 2021-2022-ci tədris ili üzrə elan edilən təqaüd proqramına qeydiyyat davam edir.

 

Təhsil Nazirliyindən AzEdu.az-a verilən  məlumata görə, təqaüd proqramına müraciət üçün son tarix aprelin 5-dir.

 

Təqaüd proqramı Rumıniyanın Təhsil və Tədqiqat Nazirliyi ilə Azərbaycan Respublikası Təhsil Nazirliyi arasında əməkdaşlığa dair 2004-cü il 11 oktyabr tarixli müqaviləyə əsasən həyata keçirilir. Proqram iki ölkənin vətəndaşlarına tələbə mübadiləsi əsasında qarşı ölkənin ali məktəblərində bakalavriat, magistratura və doktorantura səviyyələri üzrə təhsil almaq imkanı yaradır.

 

Ətraflı məlumatı nazirliyin rəsmi saytında qeyd edilmiş elan vasitəsilə əldə etmək olar.