Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-04-01 15:36:00
“Müasir elmi-tədqiqat müəssisəsi” mövzusunda vebinar keçiriləcək  

Aprelin 7-də Təhsil İnstitutu “Müasir elmi-tədqiqat müəssisəsi” mövzusunda vebinar keçirəcək. Tədbir “İş dünyası və ali təhsildə trendlər” vebinarlar silsiləsi çərçivəsində təşkil olunacaq.

 

İnstitutdan AzEdu.az-a verilən məlumata görə,  vebinarda spiker qismində Auburn Universitetində dosent kimi fəaliyyət göstərən Rəşad Kərimov çıxış edəcək.

 

Rəşad Kərimov 2005-ci ildə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Kimya fakültəsini bitirib. Daha sonra ABŞ-da Minnesota, Duluth Universitetində magistratura təhsili, Kornell Universitetində isə doktorantura təhsili alıb. O, elmi fəaliyyətini Berkli Kaliforniya Universitetində davam etdirib. Elmi araşdırmaları tibbi kimya, üzvi sintez və keçid metallardan üzvi sintez üçün katalizatorların hazırlanması haqqındadır. Qeyd edək ki, Rəşad Kərimovun beynəlxalq elmi jurnallarda 13 məqaləsi dərc olunub, ABŞ-da bir patenti mövcuddur.

 

Vebinar təhsil idarəçiləri, işçilər, sənaye sahəsinin nümayəndələri və tələbələr üçün nəzərdə tutulub. Azərbaycan dilində keçiriləcək tədbirdə iştirak etmək istəyənlər aprelin 5-dək institutun saytındakı linkdə qeydiyyatdan keçə bilərlər.