Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-04-01 15:12:00
Məktəblərdə tədrisin hansı formada təşkili ilə bağlı sorğunun nəticələri açıqlandı

Pandemiyanın hazırkı mərhələsində ümumi təhsil müəssisələrinin fəaliyyətinin təşkilinə dair martın 30-da elan edilən sorğu çərçivəsində 50 000- dən çox rəy qəbul edilib.

 

AzEdu.az Təhsil Nazirliyinə istinadən xəbər xəbər verir ki, , sorğuda iştirak edənlərin 17.2 faizi fəaliyyətin mövcud qaydada davam etdirilməsini, 45.7 faizi bütün siniflər üzrə tədrisin distant formaya keçirilməsini, 6.3 faizi yalnız 5-9-cu siniflər üzrə tədrisin distant formada olmasını, 19.5 faizi yoluxmanın daha çox olduğu bölgələrdə tədrisin distant, digərlərində isə ənənəvi formada davam etdirilməsini məqbul hesab edib. 11.3 faizi isə "Digər" bəndini seçib.