Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-04-01 12:00:00
LDU Baranoviç Dövlət Universiteti ilə əməkdaşlığa başlayır  

Lənkəran Dövlət Universiteti (LDU) xarici ali məktəblərlə əməkdaşlıq əlaqələrini genişləndirir.

 

Universitetdən bildirilib ki,  LDU ilə Belarusun Baranoviç Dövlət Universiteti arasında əməkdaşlıq müqaviləsi imzalanıb. Onlayn imzalanan müqavilədə iki təhsil ocağı arasında birgə elmi-tədqiqatların aparılması, akademik, təhsil, ictimai və mədəni fəaliyyətlərdə qarşılıqlı əlaqələrin inkişaf etdirilməsi nəzərdə tutulub.

 

Qeyd olunub ki, müqavilənin müddəti  5 ildir.