Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-04-01 11:11:00
Azərbaycanda məktəb direktoru vəfat edib  

Cəbrayıl rayonunun Hovuslu kənd tam orta məktəbinin direktoru, Əməkdar müəllim Məhəmmədəli Eyvaz oğlu Səfərov vəfat edib.

 

AzEdu.az xəbər verir ki, o uzun sürən xəstəlikdən sonra 61 yaşında dünyasını dəyişib.

 

Qeyd edək ki, Məhəmmədəli Səfərov 1960-cı ilin mart ayının 26-da Cəbrayıl rayonunun Hovuslu kəndində anadan olub. Orta təhsilini doğma kəndinin məktəbində aldıqdan sonra Bakı Dövlət Universitetinin riyaziyyat fakültəsinə daxil olub.

 

Universiteti bitirdikdən sonra 1983-cü ildən doğma kəndində ixtisası üzrə müəllim işləyərək uzun illər gənc nəslə riyaziyyat elminin sirlərini öyrədib.

 

2001- ci ilin sentyabrından ömrünün sonuna qədər həmin məktəbə rəhbərlik edib.

 

Allah rəhmət eləsin!

 

Repor.az