Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-03-31 16:11:00
ADNSU-nun müəllimi Zigen Universitetində məruzə ilə çıxış edib  

Martın 26-da ADNSU-nun "Eazi START" Startap və İnnovasiya mərkəzinin koordinatoru Elviz İsmayılov Almaniyanın  Zigen Universitetinin professoru Müslüm İbrahimovun dəvəti ilə  “Azərbaycan Startup ekosistemi” mövzusunda onlayn çıxış edib.

 

AzEdu.az xəbər verir ki, Zigen universitetinin “Entrepreneurship in Transition Countries" kursu üzrə Zigen Universitetində magistratura təhsili alan 30-a yaxın  tələbə həmin mühazirədə iştirak edib. Magistraturada təhsil alan tələbələrin əsas ixtisasları iqtisadi siyasət, insan-kompüter əlaqələri, sahibkarlıq və KOS menecmenti, menecment və marketinq üzrə olduğundan, startap mövzusu onların diqqətini çəkib. Məruzənin sonunda tələbələrin Azərbaycandakı ekosistemlə bağlı sualları cavablandırılıb.