Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-03-31 11:02:00
Bakıda daha bir məktəb koronavirusa görə bağlandı  

Bu gündən Bakı şəhərində yerləşən 244 nömrəli tam orta məktəbdə dərslərin distant formada keçirilməsi qərara alınıb.

AzEdu.az-ın əldə etdiyi məlumata görə, buna səbəb məktəbdə müəllim və şagirdlər arasında koronavirusun (COVID-19) yayılmasıdır.

 

Dərslər aprelin 14-ə kimi distant formada davam etdiriləcək.

Qeyd edək ki, Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən 299 saylı məktəb liseydə dərslərin distant formada keçirilməsi qərara alınmışdı.