Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-03-31 10:12:00
DİM tərəfindən beynəlxalq rus dili imtahanı ilə əlaqədar seminar təşkil edilib  

Dövlət İmtahan Mərkəzi tərəfindən “ТРКИ - beynəlxalq rus dili imtahanı” ilə əlaqədar seminar təşkil edilib. Seminar DİM və Sankt-Peterburq Dövlət Universitetinin (SPDU) birgə təşkilatçılığı ilə keçirilib.

DİM-dən  bildirilib ki, seminarın məqsədi Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən beynəlxalq ТРКИ (Rus dili xarici dil kimi) imtahanları barədə ictimaiyyəti məlumatlandırmaq və imtahanla maraqlanan şəxslərin suallarını cavablandırmaq olub.

Tədbir “Zoom” vasitəsilə rus dilində təşkil edilib. Tədbirdə 25 nəfər rus dilini tədris edən müəllim, Rusiya universitetlərinə qəbul olmaq istəyən tələbələr və rus dilini öyrənmək, biliklərini qiymətləndirmək istəyən şəxslər iştirak ediblər.

Seminarın spikerləri SPDU-nun Test Mərkəzinin müdiri Dmitri Ptuşkin və rus dili üzrə mütəxəssisi İrina İlyiçova olub. Tədbir ТРКИ imtahanlarına dair sualların cavablandırılması ilə yekunlaşıb.

Qeyd edək ki, növbəti seminar “Beynəlxalq rus dili imtahanına necə hazırlaşmalı” mövzusunda aprelin 5-də saat 16:00-da keçiriləcək. Seminarda iştirak etmək istəyən şəxslər DİM-in saytında verilmiş keçid vasitəsilə qeydiyyatdan keçə bilərlər.

Xatırladaq ki, dünyanın 30-dan çox ölkəsində ТРКИ imtahanının test mərkəzləri fəaliyyət göstərir. DİM Azərbaycanda ТРКИ imtahanlarını təşkil edən yeganə rəsmi test mərkəzdir.