Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-03-30 17:17:00
“Yerli icra orqanları bağçaların fəaliyyətinə ziyan vurdu” – Xilas yolu Təhsil Nazirliyidir

 

 

 

“Məktəbəqədər təhsil müəssisələrə heç şübhəsiz Təhsil Nazirliyinə tabe olmalıdır”

 

Hazırda digər təhsil müəssisələrindən fərqli olaraq, uşaq bağçalarının deyil, yerli icra hakimiyyəti orqanlarının  tabeliyində fəaliyyət göstərir.

 

Bu durum bağçaların işinə necə təsir göstərir?

 

“Bütün bunların  nəticəsində də təhsil geriləməyə başlayır”.

 

Bu sözləri AzEdu.az-a açıqlamasında məktəbəqədər təhsil məsələləri üzrə ekspert, ADPU-nun müəllimi   Xalidə Musayevə deyib.

 

Bağçalardakı ümumi durumdan danışan X.Musayeva  icra orqanlarına tabe olmasının  bu təhsil müəssisəsində yaratdığı problemlərdən söz açdı:

 

“Hazırda ölkəmizdə uşaq bağçaları Təhsil Nazirliyinin deyil, yerli icra hakimiyyəti orqanlarının tabeliyində fəaliyyət göstərir.  Bağçaların maliyyə məsələləri icra hakimiyyəti orqanlarında saxlanılmaqla, metodiki məsələlərinin nazirliyin səlahiyətinə verilməsi olduqca faydalı olardı. Bu təhsil müəssisələri icra hakimiyyəti orqanlarının səlahiyyətinə verildikdən sonra, maddi-texniki cəhətdən inkişaf özünü göstərdi.

 

Bağçalar icra hakimiyyətlərində humanitar şöbəyə tabe olur. Lakin burada məktəbəqədər təhsillə bağlı kadrlar olmadığından bir sıra probelmlər öz həllini tapa bilmir. Bağçalar üçün metodiki vəsaitlə təmin olunmur, vətəndaşlar kimə müraciət edəcəklərini bilmirlər.

 

Təhsil Qanununa görə, məktəbəqədər təhsil təhsilin  ikinci pilləsi sayılır. Lakin biz buranı təhsil pilləsi kimi görə bilmirik. Bağçalar sanki, saxlama yerlərinə bənzəyirlər. Uşaqlar bura gəlib yeyib-içir, oynayır, yatıb-durur və evlərinə gedirlər.  Ölkəmizdə artıq II kurikulum qəbul olunsa da paytaxt bağçaları hələ də 1990-cı illərin təhsil qanunları ilə idarə olunur. Bütün bunların  nəticəsində də təhsil geriləməyə başlayır.

 

Bəzi müəllimlər, bölgə bağçaları müəyyən işlər görməyə çalışsalar da kifayət deyil.

 

Bütün bunları nəzərə alaraq, məktəbəqədər təhsil müəssisələrinin sırf metodiki cəhətdən Təhsil  Nazirliyinə tabe edilməsi müsbət dəyişikliklərə gətirib çıxara bilər. Nazirliyin nəzarətində icma əsaslı təhsil, məktəbəhazırlıq qruplarına diqqət yetirsək, burada gedən müsbət tendensiyaları rahatlıqla görə bilərik.  Təhsil Nazirliyində təhsil sistemini, yenilikləri bilən şəxslər çalışır. Bağçaların metodik cəhətdən nazirliyin tabeliyinə verilməsi çox müsbət tendensiyalara gətirib çıxaracağına əminəm”.

 

 

“Bağçaların nazirliyin balansına keçirilməsi ümumi işin fəaliyyətinə müsbət təsir edəcək”

 

Mövzu ilə bağlı saytımıza açıqlama verən deputat Əziz Ələkbərli bağçaların Təhsil Nazirliyinə tabe edilməsinin əhəmiyyətini xüsusilə qeyd etdi:

 

 

“Bağçalar, təlim-tərbiyə ilə bağlı spesifik bir sahə olduğu üçün yerli icra hakimiyyəti orqanlarına tabeli məqsədə uyğun deyil.  Bu birbaşa Təhsil Nazirliyi ilə bağlı bir məsələdir.  İndiyə qədər icra hakimiyyətinin tərkibində olması  bağçaların fəaliyyətinə xeyir verməyib, əksinə, ziyan vurub. İcra hakimiyyətləri öz işlərinin öhdəsindən gəlsələr, böyük şeydir.

 

Məktəbəqədər təhsil müəssisələrinin fəaliyyəti tək tərbiyə ilə məşğul olmaq deyil, eyni zamanda, birbaşa təhsillə bağlı olan işdir. Buna görə də, məncə  icra hakimiyyətlərinə yox, Təhsil Nazirliyinin tabeliyində olmalıdır.

 

Burada işləyənlər də konkret pedaqoji təhsili olan kadrlardır.  Bağçaların nazirliyin balansına keçirilməsi ümumi işin fəaliyyətinə müsbət təsir edəcək.  Uşaqların məktəbə hazırlıq məsələsində çox böyük fayda verə bilər.  Bütün bunları nəzərə alaraq, məktəbəqədər təhsil müəssisələrə heç şübhəsiz Təhsil Nazirliyinə tabe olmalıdır”.