Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-03-30 10:48:00
İsmayıllının ən yaxşı məktəbləri – RTŞ rəhbərinin dili ilə - Rubrika

 

 

 

Təhsil sahəsindəki islahatlar, həyata keçirilən tədbirlər həm tədrisin yenilənməsinə, həm də keyfiyyətinin yüksəlməsinə şərait yaradıb.

 

Bu isə, ilk növbədə ali məktəblərə qəbul imtahanlarının nəticələrində özünü göstərir. Belə ki, orta ümumtəhsil məktəblərinin məzunlarının qəbul imtahanlarında göstərdikləri nəticələr ilbəil yaxşılaşır.

 

Bu ilin qəbul prosesində də ciddi nəticələrə imza atan məktəblər olub. Onların bir qisminin tarixində isə bir ilk qeydə alınıb-həmin məktəblərin bir sinfinin bütün məzunları tələbə adını qazanıblar. Bu qəbildən olan orta məktəblər sırasında paytaxt məktəbləri ilə yanaşı, bölgə məktəbləri də var.

 

 

Bu məqsədlə Rayon təhsil şöbələri ilə əlaqə saxlayaraq bölgə məktəblərinin ən fərqlənənlərini öyrənib ictimaiyyətə çatdıracağıq.

 

İlk təqdim edəcəyimiz bölgə İsmayıllıdır. İsmayıllı Rayon Təhsil Şöbəsinin müdiri Rövşən Əliyevin AzEdu.az-a verdiyi açıqlamaya əsasən, aşağıdakı məktəblər rayon üzrə müvafiq göstəricilərinə görə fərqlənir. Həmin siyahını təqdim edirik:

 

Qəbul göstəricilərinə görə- İsmayıllı şəhər 1 nömrəli tam orta məktəb;

 

Müxtəlif olimpiadalarda iştirak edən şagird sayına, uğurlarına görə- İsmayıllı rayon Talıstan kənd tam orta məktəb;

 

Müəllimləri ilə məşhur olan məktəblər- 1, 3, 5 və 6 nömrəli tam orta məktəblər,  Lahıc qəsəbə tam orta məktəb, Texniki təminat 1 nömrəli tam orta məktəb;

 

İsmayıllı Rayon Təhsil Şöbəsinin müdiri Rövşən Əliyev AzEdu.az-a açıqlamasında  bölgənin təhsil durumu barəsində bunları deyib:

 

“Texniki imkanlarına, infrastruktura görə fərqlənən məktəblərimiz çoxdur. Ən hazır vəziyyətdə olan isə 3 nömrəli  İsmayıllı şəhər məktəb liseydir.  

Beynəlxalq layihələrə görə 1 nömrəli - Gəndov kənd ümumi orta məktəb;

 

İdman sahəsindəki nailiyyətinə görə -  Hacıhətəmli kənd tam orta məktəb;

 

Gənc müəllimlərin yüksək işi ilə fərqlənən məktəb- Sulut kənd tam orta məktəbini qeyd etmək olar.

 

Firayə Allahverdiyeva
Müəllifin digər yazıları