Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-03-29 17:00:00
Dünya görüşünüzü və ingilis dilinizi inkişaf etdirəcək Youtube kanalları  

Həm dünya görüşünüzü artırıb, həm də ingilis dili öyrənmək istəyirsinizsə, bu kanallar tam sizlikdir

1. TED– əminəm bir çoxunuz haqqında eşitmisiz. Burada siz texnologiya, əyləncə, dizayn (Technology, Education, Design) və bir çox başqa mövzular haqqında olan nitqlər arasından özünüzə maraqlı gələn çıxışı seçib izləyə bilərsiz.

 TED-ED – TED-in bir əlavəsidir, fərq ondadır ki, bu videolar tamamilə animasiyalardan ibarətdir. Müxtəlif hekayələr, miflər və tapmacalar haqqında videolar tapa bilərsiniz.

Kurzgesagt-in a Nutshell – öz animasiyaları və araşdırmalarıyla dolu olan kanal sizə ağlınızda olan suallar və fəlsəfi mövzular haqqında videolar təqdim edir.

Talks at Google – Google öz işçilərini məlumatlandırmaq üçün dünyada öz sahəsi üzrə ən bacarıqlı insanları dəvət edib söhbət ortamı yaradır. Bir növ TED-in alternatividir deyə bilərik.

The School of Life– fəlsəfə, şəxsi inkişaf haqqında olan videoları ilə seçilir.

Vox– Dünyada baş verən aktual hadisələri anlamağa kömək edən videolar yayımlanır.

D!NG – riyaziyyatla bağlı ,ağlınıza gələ biləcək maraqlı mövzular haqqında videolar var.

Crash Course– təhsil kanalı olaraq sizə öz sahənizdə kömək edə bilər.

Veritasium – kanalın sahibi Derek uydurma bir element kəşf edib və adını veritasium (gerçəklik elementi) olaraq qərarlaşdırıb. Ixtisasca mühəndis olan Derek film çəkməyə olan həvəsinə görə sonradan youtube kanalı açmağı qərara alıb, elmi videolar paylaşır.

Wisecrack – fəlsəfi mövzuları filmlərdən yardım alaraq əyləncəli şəkildə izah edir.

Marques Brownlee – keyfiyyətli texnologiya videoları üçün baxa biləcəyiniz bir kanal.

Fizika, riyaziyyat kimi fənlərlə maraqlanırsızsa
MinutePhysics 
SciShow 
AsapSCİENCE