Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-03-29 16:36:00
Deputat AzEdu-nun təklifini  dəstəklədi: “AMEA-nın Qarabağ Bölməsi yaradılmalıdır”

 

 

Ötən şanlı ordumuzun böyük qələbəsi ilə yadda qaldı. Vətən Müharibəsi nəticəsində 30 ilə yaxın müddətdə düşmən əsarətində qalan müqəddəs torpaqlarımız azad edildi, torpaqlarımızın ərazi bütpvlüyü bərpa olundu.

 

İndi qarşıda dayanan əsas məqsəd bir zamanların cənnəti sayılan Qarabağda aktiv həyatı yenidən bərpa etmək, bir çox sahələrdə quruculuq işlərini həyata keçirməkdir.

 

Azad olunan  torpaqlarımızda ilkin olaraq həyata keçiriləcək işlərdən  biri də təhsil yönümlü layihələrdir.

 

Qarabağda dövlət universitetinin yaradılması, bir çox təhsil layihələrinin həyata keçirilməsi ilkin istəklərdən biridir.  Lakin Azərbaycan Milli Elmlər Akademiyasının da azad olunan Qarabağda ayrıca bölməsinin olması çox mütərəqqi addım olardı.

 

AzEdu.az təhsil portalının ideya kimi səsləndirdiyi bu fikrə millət vəkili, təhsil ekperti Etibar Əliyev  maraqlı təhlil aparıb. O, bu işin çox zəruri hal sayıldığını bildirib:

 

“AMEA-nın Qarabağ bölməsinin yaradılması  zəruridir.  Bura tədqiqatlar üçün çox münasib bölgədir.

 

AMEA-nın belə bir strukturu həm də digər bölgələrimizdə olan tədqiqat müəssisələri ilə əməkdaşlıq və koordinasiya məsələlərində elmin inkişafına yeni töhfələr verə bilər”.

 

AMEA-nın işğaldan azad edilmiş ərizalərimizdə yeni filiallarının yaradılması haqda danışan deputat bu məsələnin əhəmiyətini xüsusilə qeyd etdi:

 

 

“Elmin inkişafını daim diqqət mərkəzində saxlayan ulu öndər Heydər Əliyev Naxçıvan Muxtar Respublikasının geosiyasi vəziyyətini nəzərə alaraq, 2002-ci il avqustun 7-də Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsinin yaradılması haqqında tarixi sərəncam imzaladı. Bu məqsədlə Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutu, İncəsənət, Dil və Ədəbiyyat İnstitutu, Təbii Ehtiyatlar İnstitutu, Bioresurslar İnstitutu, Batabat Astrofizika Rəsədxanası və Əlyazmalar Fondu yaradılıb. Naxçıvan Muxtar Respublikasında AMEA-nın Bölməsinin yaradılması bir neçə mühüm elmi istiqamətlərdə tədqiqatların aparılamsına mühüm yol açıb. Həmçinin AMEA-nın Gəncə Bölməsinin yaradılması elmi tədqiqatların şaxələndirilməsinə xidmət edir.

 

İşğaldan azad olunmuş ərazilərimizdə ali məktəbin və peşə məktəblərinin açılması ilə yanaşı AMEA-nın Qarabağ Bölməsinin yaradılması elmin müxtəlif sahələrində tədqiqatların genişlənməsinə səbəb ola bilər.

 

Təcrübə göstərir ki, Elm və Təhsil müəssisələrinin əsas göstəricilərindən biri, onların kampusları və sənaye, araşdırma mərkəzləri, sahibkarlar və əmək bazarları arasındakı əməkdaşlığı artırılmasına xidmət edən bilik və texnologiya transferini asanlaşdırmaq məqsədini daşıyan texnoparklardır. Bütün bunlar üçün düşünüruəm ki, Qarabağımızda əlverişli şərait vardır.

 

AMEA-nın belə bir strukturu həm də digər bölgələrimizdə olan tədqiqat müəssisələri ilə əməkdaşlıq və koordinasiya məsələlərində elmin inkişafına yeni töhfələr verə bilər. Elmi istiqamətlər içərisində Qarabağın tarixi, etnoqrafiyası, arxeologiyası, ədəbi mühiti, folkloru, biomüxtəlifliyi, ekologiya və təbii ehtiyatları, Nəbatat bağı, tanınmış şəxslərin adına Mərkəzlər, təbii ehtiyatların araşdırılması xüsusi yer tutmalıdır”.