Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-03-29 13:12:00
Qazaxda bir direktor koronavirusdan öldü, 6 məktəb bağlandı

Qazaxda 6 orta məktəb koronavirusa görə bağlanıb.

 

AzEdu.az bər verir ki, bu barədə APA-ya Qazax Şəhər Təhsil Şöbəsindən bildirilib.

 

Rayonun 6 məktəbində “COVID-19” infeksiyasına yoluxmalar təsdiq olunub.

 

Məktəblərdə müəllim və şagirdlər arasında koronavirusun yayılmasının qarşısını almaq üçün dərslərin iki həftəlik distant davam etdirilməsi qərara alınıb.

 

Bundan əlavə, Qazax rayon Aslanbəyli kənd orta məktəbinin direktoru, 1956-cı il təvəllüdlü Dilqəm Məmmədov koronavirusdan vəfat edib. Hazırda onun yerinə təyinat yoxdur.

 

Qeyd edək ki, ötən gün Gəncə şəhəri 13 nömrəli məktəbin direktoru Hüsnay Mövlayeva da koronavirusun qurbanı olub.