Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-03-29 12:35:00
Türkiyə və Azərbaycan arasında şəxsiyyət vəsiqəsi ilə səyahət protokolunun təsdiqi başa çatdı

2020-ci il dekabrın 10-da Bakıda imzalanmış Türkiyə və Azərbaycan hökumətləri arasında şəxsiyyət vəsiqəsi ilə səyahət protokolunun daxili təsdiq prosesi hər iki ölkə tərəfindən başa çatdırılıb.

 

AzEdu.az-ın  məlumatına görə, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin bəyanatyında deyilir.

 

Qeyd olunur ki, məlum protokol 1 aprel 2021-ci il tarixindən etibarən qüvvəyə minəcək:

 

"Beləliklə, hər iki ölkənin vətəndaşları Türkiyə və Azərbaycan arasında səyahətlərini pasporta ehtiyac duymadan, yalnız yeni nəsil şəxsiyyət vəsiqəsi ilə göstərməklə edə biləcəklər. Azərbaycanla 1 aprel 2021-ci il tarixi etibarı ilə həyata keçəcək yeni qayda ölkələrimiz arasında “iki dövlət, tək millət” şüarında ifadə edilən güclü qardaşlıq bağlarını daha da möhkəmləndirəcək".