Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-07-08 09:52:00
Universitet rektoru: “Tələbədən rüşvət tələb edən müəllim nə qədər şərəfsizdirsə…”  

 

“Bu gün ölkənin Aqrar Universitetə çox böyük ehtiyacı var. Çünki yeganə aqrar təhsil verən universitetdir”.

Modern.az  xəbər verir ki, bunu Gəncə Dövlət Aqrar Universitetinin rektoru İbrahim Cəfərov Kənd Təsərrüfatı Nazirliyinin (KTN) təşkilatçılığı ilə reallaşan görüşdə bildirib. O deyib ki, kəndli torpaq vergisi istisna olmaqla, bütün vergilərdən azaddır, müxtəlif subsidiyalar alır:

"Buna baxmayaraq, çox ciddi problemlər var. Bazarda rəqabət mühiti tam formalaşmalıdır, yaxşı kadr üstündə çəkişmə getməlidir. Bu baxımdan iri fermerlərə, şirkətlərə müraciət edirəm ki, universitetimizdə təhsil prosesində iştirak etsinlər. Qoy adi fermer kitab cümlələrindən kənar bizimlə öz təcrübəsini bölüşsun. Qoy desin ki, necə adi kəndlidən böyük fermerə çevrilib müvəffəqiyyət qazandı, hansı yollardan keçdi".

İ.Cəfərov kənd təsərrüfatı naziri İnam Kərimovun bu sahəyə diqqətindən də danışib: "Bu sahəyə maraq artırmaq üçün kənd tədərrüfatı nazirinin göstərişilə 500-dən yuxarı bal toplayan tələbələrə büdcədənkənar 200 manat veriləcək. Bu böyük stimuldur. Biz bu yolda çalışırıq".

İ.Cəfərov qeyd edib ki, Bakıda oturub Aqrar Universitet haqqinda illüziya yazmaq olmaz:

""İbrahim Cəfərov universiteti dağıdır", "universiteti talayır" demək olmaz. Bizə çamur atanlar bu monopoliyanı əldən buraxmaq istəmir. Mən dağıdıramsa, gəl araşdırma apar. Əyrilik varsa, yaz. Amma kiminsə haqqına girib böhtan yazma. Universitetimizdə gördüklərinizin 99 faizi böyük zəhmət hesabına son 5 ildə yaradılıb. Məzun günündə cənab İnam Kərimovla görüşdə onunla hansı şəkildə əlaqə saxlayacağımı soruşdum. O dərhal mənə əlaqə nömrəsini verdi. Biz hər gün ən azı 1 dəfə əlaqə saxlayırıq. Bu bir şəxsi əlaqə deyil, universitetimizin daha da inkişafı üçündür. Probləmlərimizi həll etməliyik, ən əsası təhsil proqramlarımız yenilənməlidir".

Rektor bu sahəyə marağın azlığını xüsusi vuğulayıb: "Unutmayın ki, hamımız iyul-avqust aylarında qarpız yemək istəyirik, yaxşı süd, qatıq axtarırıq, bax onları yaradanları bu torpaqlar, universitət yetişdirir. Bu gün hüquqşunas, jurnalist, bankir olmaq, qarpız yemək istəyənlər çoxdur. Amma yetişdirmək istəyənlər azdır. Bu gün Kürdəmirdə 40-45 dərəcədə qarpız, Naxçıvanda ərik yetişdirmək asan deyil. Sizi əmin edirəm ki, yaxşı mütəxəssisin azı 2-3 min manat götürmək imkanı var. Sadəcə insanlarımızı bu sahəyə cəlb etmək lazımdır".

Rektor bildirib ki, universitetdə rüşvətsiz təhsilə nail olunub: "Biz buna böyük çaba hesabına nail olmuşuq. Bəzən söyüş, danlaq eşitmişik. Hələ də bir qrup elə başa düşür ki, tələbədən 50 manat almaq çörək qazanmaqdır. Mən auditoriyada da demişəm, tələbədən rüşvət tələb edən müəllim nə qədər şərəfsizdirsə, ona o şəraiti yaradan tələbə də ən az onun kimi şərəfsizdir".