Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-03-27 14:19:00
Çində ictimai səhiyyə üzrə təqaüd proqramına sənəd qəbulu davam edir  

Çin Xalq Respublikasının Tsinqua Universitetinin ictimai səhiyyə üzrə Vanke Məktəbinin təqaüd proqramına sənəd qəbulu davam edir.

 

Təhsil Nazirliyindən AzEdu.az-a  verilən məlumata görə, ictimai səhiyyə sahəsində çalışan şəxslər üçün nəzərdə tutulan təqaüd proqramı 2021-2022-ci tədris ilini əhatə edir. Proqrama yalnız dövlət müəssisələrində çalışan səhiyyə işçiləri və ya tibbi xidmət müəssisələrinin menecerləri müraciət edə bilərlər. Magistratura səviyyəsi üzrə elan edilən təqaüd proqramına martın 31-dək müraciət etmək mümkündür.