Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-03-27 13:33:00
Teledərsləri televiziyadan kənar izləmək imkanı  

Təhsil Nazirliyi tərəfindən “Dərs vaxtı” proqramına televiziya ekranı qarşısında baxa bilməyən şagirdlər üçün alternativ imkanlar təqdim edilir.

 

Təhsil Nazirliyindən AzEdu.az-a  bildirilib ki, teledərslərə ekran qarşısında baxa bilməyənlər və ya yenidən izləmək istəyənlər keçirilmiş dərsləri martın 29-dan etibarən video.edu.az portalından və “Dərs vaxtı”nın rəsmi “Facebook” səhifəsindən izləyə bilərlər.

 

Həftə içi 5 gün saat 10:00-dan 18:00-dək teledərslər “Mədəniyyət” və “ARB Günəş” telekanalları ilə yanaşı “Dərs vaxtı”nın “Facebook” səhifəsi (www.facebook.com/dersvaxti.edu.az) üzərindən canlı yayımlanacaq. Daha sonra isə siz həmin dərsləri səhifənin “Videolar” bölməsindən tapa bilərsiniz. Əlavə olaraq, video.edu.az portalı da sizin xidmətinizdədir. Burada videodərslər bütün siniflər üzrə yerləşdirilib. Həmçinin məktəbdənkənar fəaliyyət və məktəbəhazırlıq dərsləri də portalda mövcuddur.

 

Təhsil Nazirliyi dərs cədvəlinə diqqət etməyi, dərsi “Dərs vaxtı”nda öyrənməyi tövsiyə edir.