Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-03-27 12:20:00
Bakıda orta məktəbdən 7 000 manatlıq büst oğurlandı  

Buzovna qəsəbəsindəki orta məktəblərdən birinin qarşısında quraşdırılmış 7000 manat dəyərində latun və bürüncdən olan büstü oğurlanıb.

 

DİN-in Mətbuat xidmətindən AzEdu.az-a verilən məlumata görə, Bakı şəhər Baş Polis İdarəsi və Xəzər RPİ 2-ci Polis Şöbəsi əməkdaşları əməliyyat-axtarış tədbirləri keçirib.

 

Hadfisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri E.Mirzəyev, V.Quliyev, əvvəllər məhkum olunmuşlar E.Mirzəyev, E.İsgəndərov, R.Səmədov saxlanılıb.