Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-03-27 10:00:00
NASA “Apofis” asteroidinin Yerə təhlükəsi barədə məlumata aydınlıq gətirdi

ABŞ-ın Milli Kosmik və Aviasiya İdarəsi (NASA) “Apofis” asteroidinin hansısa bir anda Yer planetinə zərbə endirəcəyi barədə məlumatlara aydınlıq gətirib.


Bu barədə AzEdu.az xarici mətbuata istinadən xəbər verir.

 

NASA-dan bildirilib ki, bununla bağlı hər hansı təhlükə mövcud deyil.

 

Qeyd edək ki, “Apofis”in Yer planeti üçün potensial təhlükəli asteroid olduğu bildirilib. Lakin NASA-da qeyd ediblər ki, asteroid 2029 və ya 2036 ildə Yer kürəsi ilə toqquşmayacaq.

 

Mütəxəssislər daha sonra əlavə ediblər ki, toqquşmalar 2068-ci ildə də olmayacaq.

 

Son günlər Yer kürəsi yaxınlığından müxtəlif ölçülü asteroidlər uçub. Sonuncu dəfə martın 23-də Yer kürəsinin yaxınlığından nəhəng asteroid keçib. “2001 FO32” adı verilən asteroid bu il üçün gözlənilən ən nəhəng meteorit kimi qiymətləndirilib.