Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-07-07 18:06:00
“O, İbn Sina və Fərabi tək alimləri dinsiz kimi damğalamışdı”– Şərqşünas məşhur sufi haqqında

İslam dünyasının tanınmış alimlərindən biri də məşhur sufi Əl-Qəzalidir. O rekord həddə əsər yazması ilə bütün dünyada məşhurdur. Əsərləri təsəvvüf, fiqh, İslam fəlsəfəsi, İslam tarixi, astronomiya, fəlsəfə və.s haqqındadır.

Bir vaxtlar  “Hiccat-ül İslam” (“İslamın dəlili”) ləqəbini qazanmış bu nadir sufinin yaradıcı irsi, (şərqşünaslıq elmində) bu gün də “Qəzalianə” adı altında ayrıca sahə kimi, hələ də tədqiq edilməkdədir.

Lakin Qəzalinin elmi fəaliyyətinə münasibət heç zaman birmənalı olmayıb: orta əsrlərdə də, müasir dövrdə də.

AzEdu.az moderator.az-a istinadən xəbər verir ki, Qurani Kərimin tərcüməçisi, şərqşünas Nəriman Qasımoğlu Qəzali haqqında çox maraqlı yanaşma irəli sürüb. Peşəkar tədqiqatçının bu mülahizəsi həqiqətən də irfanla maraqlananlar, sufizmi sevənlər üçün yeni bir faktdır: 

“İslam sivilizasiyasının qızıl dövrü elmi-texniki tərəqqinin, təbiət elmlərinin, intellektual mühitin, azadfikirliliyin gəlişdiyi, fəlsəfi düşüncə tərzinin hakim kəsildiyi tarixi mərhələdir.

Bu mərhələdə nəhəng elmi fikir dühalarını – Xarəzmi, Xəyyam, İbn Sina, Biruni, Fərabi, Razi və başqalarını görürük.

Həmçinin, bu mərhələdə özünün mənfi rolunu oynamış Qəzali də vardı. Onun iddiasına görə, elm öz-özlüyündə şəkkaklığa və ateizmə aparıb çıxaran rasionallığı bir növ qidalandırır. Qəzaliyə görə, nə idrak, nə də məntiq bəşəriyyətin real məqsədlərinə xidmət etmir. Elmi-fəlsəfi axtarışlar Qəzalidən ötrü boş aldanışdan başqa bir şey deyildi.

Qəzali özündən əvvəl yaşamş İbn Sina və Fərabi kimi nəhəng mütəfəkkirləri dinsizlər kimi damğalamışdı. Qəzalinin islam tarixində mənfi və siyasilər tərəfindən dəstək görən fəaliyyəti nəhayətdə əksini onda tapdı ki, öz dövründə də, vəfatından sonra da onun düşüncə bayrağı altında ehkamçı fanatiklərdən ibarət böyük bir kütlə yer alırdı və bu yeni mühafizəkar xəttin ardıcılları məhvedici hücumları ilə azad və sərhədsiz fikir tərəfdarlarını müsəlman cəmiyyətlərindən tamamilə çıxdaş etmişdilər”.

Təbii ki, hər kəsin fikrinə - xüsusən də peşəkar tədqiqatçıların mülahizələrinə hörmətlə yanaşmaq, razı olmaqdıqda kəskin etiraz etmək yox,  ortaya onun əksi olan sağlam arzument qoymaq lazımdır. Qəzali haqqında çox danışmaq olar. Lakin onun elmə, həyata baxışını azacıq da olsa, nəzərə çatdırmaqdan ötrü, sufinin  oğluna məktubundan  kiçik  hissəni təqdim edirik:  

“Əziz və sevimli oğlum, Allah sənin, Ona sitayişdə keçən ömrünü uzatsın və qoy, O, səni Öz sevimlilərinin yolu ilə aparsın. Bil ki, hər bir məsləhət  və ibrət, Yazının əsasında yazılır və  əgər sənə, ondan olan hər hansı ibrət çatıbsa, mənim ibrətim sənin nəyinə gərəkdi?

 Yox, əgər o ibrət sənə çatmayıbsa, onda de mənə ki, ötən illər ərzində sən nəylə məşğul olmusan? 
Ey oğul, Allahın rəsulunun, (Allah onu şad eləsin) öz icmasına verdiyi məsləhətlərdən, tək bu sözlər  alimlərə kifayət edər: 

«Allahın öz bəndəsindən imtina etməsinə sübut - bəndənin, Onun üçün əhəmiyyətsiz olan işlərlə məşğul olmasıdır və həqiqətən də, bir saatını belə sitayişdə keçirməyən insan, (halbuki, o, bu dünyaya bundan ötrü gəlib) ömrünü kədər və iztirab içində keçirməyə layiqdir. Və o, kəs ki, qırx yaşına çatıb və yaxşı əməlləri, pis əməllərini üstələməyib, qoy Cəhənnəmə hazır olsun”. 

Oğul, məsləhət vermək asandı, onları yerinə yetirmək çətindi. O səbəbdən ki, məsələhət, öz arzularının quluna çevrilənlərə, qəlbləri qadağaları sevənlərə acı gələr. Bu, ələlxüsus, əsaslı biliklərə can atanlara və bu dünyanın yollarıyla, öz nəfslərinin ödənilməsi naminə gedənlərə aiddir. Onlar hesab edirlər ki, bu dünyada qazandıqları bilikləri onları xilas edəcək  və  Cəhənnəmdən qurtaracaq.  Onlar düşünürlər ki, (xeyir) əməllər yaratmaqlarına ehtiyac yoxdur. Bu, əsasən, filosofların qənaətləridi. Böyük və Qüdrətli Allaha eşq olsun! Bu bədgümanlar bilmirlər ki, bilik qazansalar da, əgər bu qazandıqları onlar üçün müvafiq deyilsə, bu bilik, onlara qarşı daha kəskin dəlilə çevriləcək. Allahın rəsulu (Allah onu şad eləsin) demişkən: 
«Qiyamət günü ən böyük iztirabı, Allahın verdiyi bilikdən istifadə etməyən alim çəkəcək...» 
Və Cünayd barədə (Allah onun qəbrini nurlandırsın) deyirlər ki, ölmündən sonra bir nəfər onu yuxuda görərək soruşub ki, «Nə xəbər var, Əbül Qasım?» O isə cavab verib: «Bütün ifadələri itirmişəm, bütün işarələr yoxa çıxıb... bizə, gecə yarısı qıldığımız namazın bir neçə rəkatından savayı heç nə kömək olmadı...» (Tərcümə: Afaq Məsud)