Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-03-26 12:14:00
"Heç nə oxumadan  müsahibədən keçə bilərsiniz"- Kurikulum təlimçisindən AÇIQLAMA  

“Heç nə oxumadan da müsahibdən keçə bilərsiniz. Çox sual verirlər ki, müsahibəyə necə hazırlaşım, hardan oxuyum, proqramın nece tapım? Əslində müsahibə üçün xüsusi bir proqram və ya material, kitab yoxdu. Kim ki, deyir məndə materiallar, suallar var bu absurddur. Çünki müsahibə prosesi əvvəlcədən bəlli olmayan suallardan, situasiyalardan ibarətdir”

 

Bunu  Azedu.az-a  MİQ-in müsahibə mərhələsi ilə bağlı danışan kurikulum təlimçisi Mahir Əhədov deyib.

O müəllimlərə “müsahibə materialları”ilə bağlı məlumatlara inanmağı tövsiyə edib:

 

“Heç kim deyə bilməz ki, namizədlərdən filan suallardan və ya mövzulardan nəsə soruşacaqlar. Müsahibədə veriləcək sual komissiya üzvləri ilə sizin dialoqunuzdan, psixoloji situasiyadan, sizin özünüzü göstərməyinizdən asılıdır. Yəni deməyim odur ki, gecə-gündüz çoxlu material oxuyub müsahibədən kəsilə də bilərsiniz, həmçinin heç nə oxumadan da sadəcə özünüzün dünyagörüşünüz və psixoloji davranışınızdan istifadə edib müsahibdən keçə də bilərsiniz. Sizə veriləcək suallara səhv cavab verməyiniz kəsiləcəyiniz anlamına gəlmir”.

 

Təlimçi müəllim müsahibə mərhələsində ən çox diqqət olunan məsələləri də diqqətə çatdırıb:

 

“Qeyd etmək istəyirəm ki, müsahibə mərhələsi test mərhələsi qədər önəmlidir, burda artıq namizəd öz səriştələrini real olaraq həm də daha təcrübəli insanlara göstərmiş olur. Əvvəlki illərin müsahibə suallarının məzmununa baxdıqda ekspertlər tərəfindən müəllimin daha çox psixoloji hazırlıq səviyyəsi və dünyagörüşü kompetensiyaları yoxlanılır. Psixoloji suallar ən çox təlim prosesindəki müxtəlif situasiyalara, xüsusilə də arzuolunmaz və qeyri-adi hadisələr zamanı müəllimin necə reaksiya verməsi təyin edilir. Dünyagörüşülə bağlı suallar isə daha çox namizədin ölkəsinin tarixi, coğrafiyası, mədəniyyəti, xüsusi günləri və s. haqqında olur”.

“Builki müsahibədə çox güman ki, İkinci Qarabağ müharibəsi haqqında da suallar müəllimlərə verilə bilər. Bundan əlavə, ekspertlər namizədin nitq qabiliyyətinə, jestik-mimik hərəkətlərinə, geyim tərzinə və s. bu kimi məsələlərə diqqət yetirirlər”-deyə M.Əhədov sözlərinə əlavə edib.