Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-03-24 16:22:00
AzTU-nun tərəfdaşı olduğu beynəlxalq layihə üzrə onlayn işçi görüş keçirilib

Avropa Birliyinin maliyyələşdirdiyi ERASMUS+KA2 proqramı çərçivəsində həyata keçirilən  (618860-EPP-1-2020-1-EL-EPPKA2-CBHE-JP)  “Rusiya Federasiyası, Qazaxstan və Azərbaycanda səhiyyədə strateji keyfiyyət menecmenti və risklərin idarə olunması üzrə açıq və distant təhsil formatında peşə bakalavrı və magistr hazırlığı” layihəsi  çərçivəsində işçi görüş keçirilib. Görüş zamanı pandemiya dövründə layihə çərçivəsində həll olunacaq məsələlərin geniş müzakirəsi aparılıb.

 

AzEdu.az xəbər verir ki, görüşdə layihəyə cəlb olunan tərəfdaşların nümayəndələri - Avropa Birliyinin layihə üzrə baş koordinatorunun nümayəndəsı, Yunanıstanın Qərbi Attika Universitetindən professor Panos Yannakopoulos, Fransadan konsultant, professor Jean Noel Pachoud, Rumıniyanın Cluj-Napoca Texniki Universitetindən Keyfiyyət üzrə Avropa eksperti Catalin İllasku, Azərbaycan Texniki  Univeritetindən (AzTU) layihənin regional koordinatoru,  professor Həsən Hüseynov, Xarici əlaqələr şöbəsinin müdiri Orxan Vatanxah, baş mühasib Elşat Bağırov, Fizika və elektronika kafedrasının müəllimləri Telman Əliyev,  Rəhim Rəhimov,  Xədicə Əhmədova, Xanım Səmədova və Səid Rüstəmov iştirak edib.