Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-03-20 12:30:00
MDU-da “Müasir dünyada miqrasiya prosesləri: Azərbaycan reallığı kontekstində” mövzusunda təlim keçirilib

Martın 19-da Mingəçevir Dövlət Universitetində (MDU) "Müasir dünyada miqrasiya prosesləri: Azərbaycan reallığı kontekstində" mövzusunda maarifləndirci təlim keçirilib.

MDU-dan AzEdu.az-a bildiriblər ki, “Microsoft Teams” platforması üzərindən onlayn formatda təşkil olunan təlimdə MDU-nun bir qrup akademik heyət üzvləri, tələbə və magistrantlar iştirak ediblər.

Təlimçi, Dövlət Miqrasiya Xidmətinin Yevlax Regional İdarəsinin əməkdaşı Faiq Məmmədov dünyada baş verən miqrant axınları, onların başlıca səbəbləri və nəticələri, Azərbaycanda miqrasiya prosesinin tənzimlənməsinin qanunvericilik bazası haqqında ətraflı məlumat verib.

Tədbir iştirakçıları tərəfindən böyük maraqla qarşılanan məruzədən sonra F.Məmmədov mövzu ilə əlaqədar çoxsaylı sualları cavablandırıb.

Qeyd edək ki, MDU-da dövlət və özəl qurumları ilə əməkdaşlıq çərçivəsində universitetin professor-müəllim və tələbə heyəti üzvlərinin praktiki bilik və bacarıqlarının artırılmasına xüsusi əhəmiyyət verilir, dəvət olunan mütəxəssislərin iştirakı ilə aktual mövzulara həsr edilmiş müxtəlif maarifləndirici tədbirlərin keçirilməsi diqqət mərkəzində saxlanılır.